TƏBRİK : TEYMURAZ MANSUROV- 49.



İnsan üçün ən yaddaqalan tarixlərdən  biri onun doğum  günüdür. Belə insanlardan  biridə peşəkarlığı humanistliyi, insanpərvərliyi,  sadəliyi,  vətənpərvərliyi , işgüzarlığı və mənəvi keyfiyyətilə secilən  "Azərbaycan Vətən Müharibəsi Veteranları " İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin sədri  Mansurov Teymuraz Qebyullah oğludur.  Avqust ayının 1 -də onun  49 yaşı tamam olur.
Daimi həyatın bütün imtahanlarından alnıacıq və üzüağ çıxan  1(birinci) qurup müharibə əlili  Teymuraz Qebyullah oğlu Mansurovu doğum  günü münasibətilə  Azərbaycan Vətən Müharibəsi Veteranları "  İctimai Birliyinin rəhbərliyi,  Fədai.az kollekti səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər Teymuraz qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin hər yeni günün isə  sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin. 
Mansurov Teymuraz Qebyullah oğlu  1975 - ci ilin  avqust ayının 1 də  Qərbi Azərbaycanın Çəmbərək ( Kasnoselsk) rayonun Əmirxeyir kəndində zəhmətkeş bir ailədə dünyaya göz açıb.
1992-  ci ildə Sumqayıt şəhər 28 saylı  ( indiki Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adına) tam orta məktəbi, 2000- ci ildə isə  Sumqayıt Dövlət Universitetini bitirib.
1993 - 1994 - cü illərdə  Azərbaycan Ordusunun Xüsusi Təyinatlı  Dəstəsinin tərkibində  Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam və Ağdərə rayonları istiqamətində) gedən döyüşlərdə  iştirak  edərək, ona  həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Ağdam və Ağdərə rayonlarının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 2 (iki) dəfə ağır yaralanıb və Teymuraz  1 (birinci) qrup müharibə əlili dir.
1995 -  2012 -ci illərdə "Azərbaycan Vətən Müharibəsi Veteranları " İctimai Birliyinin Sumqayıt şəhər şöbə rəisinin müavini vəzifəsində olub.  2013 cü ildən etibarən isə "Azərbaycan Vətən Müharibəsi Veteranları " İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin sədridir.
 Teymuraz Mansurov hər iki müharibəni öz həyatında yaşamış müharibə veteranlarmızdandır.Onun müharibə  əlilliyi  44 günlük Vətən müharibəsindən kənarda qalmasına mane olmadı. O, ilk  günlərdən son günə dək əsgərlərmizin yanında olub. Teymuraz Mansurov  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin sədri vəzifəsində olduğu illər ərzində  Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi,  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  nizamnaməsinin  tələblərinin yerinə yetirilməsi  üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirir. 
Hərbi və İctimai vəzifələrin icrasına məsuliyyətlə yaşadığına görə Azərbaycan Ordusunun Baş Qərargah rəisinin, Azərbaycan Ordusunun Korpus və hərbı hissə komandirlərinin,  Azərbaycan Vətən Müharibəsi Veteranları  İctimai Birliyinin sədrinin müvafiq əmrləri  ilə döş nişanları ilə təltif olunub. O, fəxri fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
 Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi  bütövlüyün qorunub saxlanılmasında,  Azərbaycan Vətən Müharibəsi Veteranları  İctimai  Birliyinin Nizamnaməsinin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsində fəriqləndiyinə görə  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təsis etdiyi  aşağıdakı xatirə medalları ilə təltif edilib:
1." Böyük Zəfər" medali ilə ;
2." Müharibə Veteranı" medalı ilə
3."Azərbaycan Vətən Müharibəsi  Veteranları" İctimai Birliyinin  25 – illiyi  (1994-2019)” yubiley medalı ilə;
4." Milli Ordunun  100 illiyi  ( 1918- 2018)” yubley medalı ilə .
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN.


Hiç yorum yok:

Yorum Gönder

Pages