Təbrik: Telman Musayev



İnsan ücün ən yaddaqalan günlərdən başlıcası onun həyata gəldiyi gündür.Ömrə bəzək olan ad günü hər il xüsusi qeyd olunur.Belə ad günü qeyd edən insanlardan biridə 1978-1990-cı illərdə Gürcüstan Respubilkasının Dövlət Baytarlıq Nəzarət xidmətində baytarlıq sahəsində, 1991-2016- cı illərdə isə Azərbaycan Respubilkası Gəmi və Təmir zavodunda, Xətai rayon Mənzil- Kommunal Təsərrufət və İstehsalat Birliyində, Bakı şəhər Əsaslı Tikinti və Təmr MMC-də tkinti sahəsində saya gəlməz uğurlar və hörmət qazanan əziz qardaşım Musayev Telman Calal oğludur.
Telman Calal oğlu Musayev  1955- ci ilin iyul ayının 7 - də  Qədim Borcalımızın,indiki   Gürcüstan Respubilkasının Bolnisi rayonun Seneb  (Senef) kəndində   zəhmətkeş bir ailədə anadan olub.
Gürcüstan Respublikasının Bolnis  rayonunun  Akaurt (Ayorta) kənd orta məktəbi,Azərbaycan Respublikasının Qazax rayonun Baytarlıq texnikomunu bitrib. Sovet Ordusunun  Almaniyada yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətə olub. 
Daimi həyatın bütün  imtahanlarından alınıacıq və üzüağ çıxan,  Telman qardaşmı   belə bir əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edirəm, ona həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirəm, 
Telman qardaş qoy  yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günüz isə sizi  xoşbəxt edəcək şəkildə kecsin.
 
Təbrikə Telmanın qardaşları: Elman, Səyyat, Vəkil, bacısı Güllü, doğmaları,həyat yoldaşı, övladları nəvələri və ən yaxın qohumları qoşulur.

Doğum günün  mübarək olsun Telman qardaş!
 
Musayev Salman Calal oğlu.


Hiç yorum yok:

Yorum Gönder

Pages