Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst -xətt olan, yüksək peşəkarlığı dərin zəkası, gözəl nitq qabiliyyəti xeyirxahlığı,səmimiyyəti,iradi və mənəvi keyfiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 23 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətə həsir etmiş, 44 günlük vətən müharibəsi iştirakçısı- ehtiyatda olsn polkovnik Hümbətov Təvəkkül Nərman oğlunun iyul ayının 11 -də 50 yaşı tamam olur.
Daimi həyatın imtahanlarından alnıacıq və üzüağ cıxan- ehtiyatda olan polkovnik Hümbətov Təvəkkül Nərman oğlunu doğum günü münasibətilə Daxli İşlər Nazirliyinin Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, doğmaları,əzizləri, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Təvəkkül müəllim qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Polkovnik Təvəkkül Nərman oğlu Hümbətov 1974 -ci ilin iyul ayının 11 də Azərbaycan Respublikasının Ucar rayonun Bərgüşad kəndində zəhmətkeş bir ailədə anadan olub.
1991 - ci ildə Ucar rayonun Bərgüşad kənd orta məktəbi, 1996 - cı ildə Azərbaycan Texniki Universiteti , 1999- cu ildə isə Daxili Qoşunların Bas İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən təlim-tədris mərkəzində zabitlərin ixtisas artırma kursunu bitrib. O, Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində bir çox təlim- metodiki toplanışlarda,hərbi və xüsusi- taktiki təlimlərdə ,komanda qərargah məşqilərində,müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
1998- 2021 ci İllərdə Daxili Qoşunların Baş İdarəsinin Binəqədi, Zaqatala, Bərdə rayonlarında yerləşən hərbi hissələrində taqım komandiri,böluk komandiri, avtomobil və zirehli texnika xidmət rəisi, hərbi hissə komandirinin maddi - texniki təminat xidməti üzrə müavinini , Daxili Qoşunların Bas İdarəsinin Maddi -Texniki Təminat İdarəsində isə baş zabit vəzifələrində Millətə, Vətənə,Dövlətə və Xalqa sədaqətlə xidmət edib
Təvəkkül Hümbətov 44 günlük Vətən Müharibəsində Dağlıq Qarabağ və onun ətrafında olan ərazilərin azad olunmasında üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. 44 günlük vətən müharibəsi veteranıdır.
Təvəkkül Hümbətov Qanunvericiliklə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,dövlət əhəmiyyətli obyektlərin mühafizəsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin təmin edilməsində və ictimai təhlükəsizliyin təmin olunmasında,bədbəxt hadisələr,qəzalar,yanğınlar,təbii fəlakətlər və başqa fövqalədə hallar (hərbi vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi,iş və tələbə yoldaşları polkovnik Təvəkkül Hümbətovu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsədə xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanıb.
O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri, döyüş və ictimai - sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlaçı və yubiley döş nişanları ilə təltif olunub, bir cox fərmanlarla,diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif edilib:
1."Hərbi xidmlərə görə" medalı ilə ;
2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
3."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918- 2008)” yubiley medalı ilə;
4."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 illiyi (1918 - 2013)” yubiley medalı ilə;
5."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 100 illiyi (1918 -2018)” medalı ilə;
6."Qüsursuz xidmətə görə"
3 - cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
7."Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
8."Qüsursuz xidmətə görə 1 -ci dərəcəli medalı- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə.
YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN TƏVƏKKÜL!!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN,
BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
AzərbaycanRespublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder