Təbrik : Polkovnik Salamat Cəfərov- 57



 Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının  həyatında  öz dəst - xətt  olan, peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti,sadəliyi, səmimiyyəti,işgüzarlığı,səmərəli fəaliyyəti, iradi və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün 33 ildən çox şərəfli xidmət yolunu  hərbi xidmətə həsir etmiş - ehtiyatda olan polkovnik  Cəfərov  Salamat Surxay oğlunun  iyul ayının  12 -də  dünya göz açdığı gündür. 
Daimi həyatın imtahanlarından alnıacıq və üzüağ çıxan Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və müharibə veteranı - ehtiyatda  olan polkovnik Cəfərov Salamat Surxay oğlunu  bu əlamətdar  gün münasibətilə Din-in Qoşunların  ehtiyatda və istefada olan zabitləri, doğmaları, əzizləri, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Salamat müəllim  qoy yaşınızın  üstə gələn bu yaş  da  sizə sevincdolu illər bəxş etsin və hər yeni günüz isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Peşəkar hərbi zabit, xeyirxah, vətənpərvər  və torpağına bağıı gözəl insan polkovnik Cəfərov Salamat Surxay oğlu  1967 -ci ilin iyul ayının 12-də Zəngəzur mahalının Sisyan rayonunun Qızılcıq  kəndində zəhmətkeş bir ailədə anadan olub.
 Əsil vətəndaşlıq mövqeyi ilə seçilən, Salamat Cəfərov  1984 - cü ildə  Sisyan rayonun Qızılcıq kənd orta məktəbi, 1989 - cu ildə  Xmelinski ali  hərbi məktəbi, 2000, 2003 və 2005 - ci illərdə isə Türkiyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin  Ankarara  (Bəytəpədə) və  Izmir  (Foce) şəhərlərində  yerləşən  hərbi məktəblərdə (hərbi akademiyada) briqada və bölkə  komandiri vəzifələri üzrə ixtisas artırma kursunu bitrib.  O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində kecirlən   bir çox təlim- metodiku toplanışlarda, hərbi və  xüsusi -taktiki təlimlərdə, komanda- qərargah məşqilərində,müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib. 
Heç kəsi  özündən incitməyən, xoş rəftarı  və şirin dili  ilə hər kəslə doğmalıq yaradan Salamat Surxay oğlu Cəfərov  Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində  rəhbər vəzifələrdə xidmət etdərkən  bir çox komissiyaların və məqsədli qurupların sədri və üzvü olarkən səmərəli fəaliyyəti ilə,  işgüzarlığı və mənəvi keyfiyyətilə Daxili işlər Nazirliyinin rəhbərliyinin və Daxili Qoşunlar Komandanlığının  daimi diqqət mərkəzində olmuşdur.
   Polkovnik Salamat Cəfərov 1989-1992- ci illərdə Sovet Ordusunun Çexoslovakiya Xalq Respubilqasında və Rusiya Federasiya Reslubilkasının Kalininqrad vilayətində yerləşən hərbi hissələrin birində zabit vəzifəsində  calışıb.1993-2018-ci illərdə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının  Nərmanov rayonunda , Naxçıvan şəhərində,  Xəzər, Xətai, Binəqədi,  Hacqabul və Lənkəran rayonlarında yerləşən hərbi hissələrində Silah xidməti rəisi, hərbi hissə komandirinin müavinini - qərargah rəisi,  hərbi hissə komandiri,  Daxili Qoşunların Bas İdarəsində isə  nizamnamələrin və metodiki vəsaitlərin hazırlanması bölməsının rəsi,  Daxili Qoşunların artleriya xidməti rəisi vəzifələrində Millətə,Dövlətə,Vətənə və Xalqa  sədaqətlə xidmət edib .
       
 Salamat Cəfərov  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
        Qanunvericiliklə müəyyən edilmiş qaydada  Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,  mühüm dövlət obyektlərin mühafizə olunmasında, yaşayış məntəqələrində  və islah- əmək müəssisələrində  kütləvi  iğtişaşların qarşlsının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin təmin edilməsində və ictimai asayişin qorumasında,qəzalar, yanğınlar,bədbəxt hadisələr, təbii fəlakətlər və başqa  fövqalədə hallar  (hərbi  vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin olunmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
     
 Hərbı yoldaşları Salamat Cəfərovu vətənpərvər, qoruxmaz, saxavətli, insanpərvər, əliacıq və zəhmətkeş  hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsədə  xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.

Öz xidməti  və ictimai  vəzifələrini,  hərbi hissə  qarşısında  qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə və hərbi xidmət kecdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,Türkiyə Jandarma Qüvvələrinin Komandanlığıının, ali hərbi məktəb rəisinin  və hərbi hissə komandirinin  müvafiq əmrləri ilə əla xidmətlərə görə əlaçı   və yubiley döş  nişanları ilə təltif edlib, bir cox  fərmanlarla,diplomlarla, qiymətli hediyələrlə mükafatlandırlıb,ona təşəkkür elan edilib və aşağıdakı medallarla  təltif edilib:
1.”Hərbi xidmətlərə görə” medalı ilə; 
2."Azərbaycan Respubilkası  Silahlı Qüvvələri Veteranı" medalı ilə;
3."Hərbi xidmətdə fərqlənməyə görə "  3 -cü dərəcəli medal ilə;
4."Hərbi xidmətdə fərqlənməyə görə " 2-ci  dərəcəli medal ilə;
5."Azərbaycan  Respublikası Silahlı Qüvvələrinin  10 illiyi  ( 1991 - 2001 )”  yubiley   medalı ilə;
6."Azərbaycan Respublikası  Silahlı Qüvvələrinin   90 illiyi ( 1918 - 2008)” yubiley  medalı ilə;
7."Qüsursuz xidmətə görə" 3 -cü dərəcəli medal - Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;
8."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 illiyi  (1918 - 2013 )” yubiley medalı ilə;
9."Qüsursuz xidmətə görə 2 -ci  dərəcəli medalı - Silahlı Qüvvələrdə  15  təqvim ili xidmətə görə;

10."Qüsursuz  xidmətə görə" 1-ci dərəcəli medal  - Silahlı Qüvvələrdə 20 təqvim ili  xidmətə görə.
      ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
  DOĞUM GÜNÜN  MÜBARƏK OLSUN  SALAMAT!
     BÜTÜN ARZULARIN CİN OLSUN!
     HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!

Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı  polkovnik Salman Musayev.


Hiç yorum yok:

Yorum Gönder

Pages