Təbrik: Polkovnik leytenat Məhəmməd Abbasov-52

 
 
    Yüksək peşəkarlığı,səmərəli fəaliyyəti,  humanistliyi , sadəliyi, səmimiyyəti, dəqiqliyi, təmkinliyi, iradi, işgüzarlığı, mənəvi keyfiyyəti, insanpərvərliyi və təcövzkarlığı ilə seçilən,   ömrünün ən məhsuldar  dövrünü   Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsində müxtəlif vəzifələrdə  kecirmiş-  ehtiyatda olan polkovnik-leytenant  Abbasov Məhəmməd  Əhməd  oğlunun iyul  ayının  11 -də dünya göz açdığı gündür.
   
 Daimi həyatın  imtahanlarından alnıaçıq və üzüağ çıxan- ehtiyatda olan polkovnik-leytenant  Abbasov Məhəmməd   Əhməd oğlunu doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, doğmaları,əzizləri  və iş yoldaşları səmimi qəlbdən təbrik edir,ona can sağlığı və uzun ömur arzulayir. 

Polkovnik-leytenant   Abbasov Məhəmməd Əhməd oğlu  1972 -ci ilin  iyul ayının 11 -də  Gürcüstan Respublikasının Bolnisi  rayonunun  Salioğlu- indiki  Siskala kəndində zəhmətkeş bir ailədə anadan olub.
    
1989 - cu ildə Gürcüstan Respublikasının Bolnis rayonunun Daşlıqullar orta məktəbi,  1994 - cü ildə  M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun  mühəndis- elktro- mexanik ixtisasnı bitrib . O,Daxili işlər Nazirliyi  Daxili Qoşunlarnda xidmət etdiyi illər ərzində  Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində kecirlən   bir çox metodiki -təlim toplanışlarda, müvafiq kurslarda  xüsusi -taktiki təlimlərdə  seminar və konfranslarda fəal iştirak edib.
    
1998– 2018-ci illərdə  Daxili Qoşunların Baş İdarəsinin   Doyüş hazırlığ idarəsinin mühəndis xidmətində,Daxili Qoşunların    Baş İdarəsinin Qərargahının xüsusi- rabitə xidmətində, rabitə və ais şöbəsində,  analtik- informasiya bölməsində və  əməliyyat şöbəsində  baş zabit, Daxili Qoşunların Baş İdarəsinin  Növbətiçi xidmətində isə baş zabit  və xidmət  rəisi vəzifələrində Millətə, Dövlətə, Vətənə və Xalqa sədaqətlə   xidmət edib .
    
O,Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
     Qanunvericiliklə müəyyən edilmiş qaydada  Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində  kütləvi  iğtişaşların qarşlsının alınmasında, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin  kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində,qəzalar, yanğınlar, bədbəxt hadisələr, təbii fəlakətlər və başqa  fövqalədə hallar  (fövqaladə vəziyyət və komendat saatı)  zamanı hüquqi rejimin təmin edilməsində, dövlətətin ərazi bütövlüyünün təmin  olunmasında  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
     
Hərbı və iş yoldaşları Məhəmməd Abbasovu  vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş  hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsə də  xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.
     
Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri,  döyüş və ictimai - siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  İdarə, şöbə və xidmət rəislərinin müvafiq əmrləri ilə əla xidmətlərə  görə əlaçı    və yubiley döş nişanları ilə təltif olunub, bir cox fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
     Azərbaycan Respublikasının müstəqilliyinin  , ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai  asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:

1."Hərbi xidmətlərə görə " medalı ilə;

2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin   10 illiyi ( 1991 -2001)” yubiley  medalı ilə;

3."Azərbaycan Respubilkası  Silahlı Qüvvələrinin 90 illiyi  (1918- 2008)” yubiley medalı ilə;

4."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  95 illiyi ( 1918 - 2013)” yubiley   medalı ilə;

5."Qüsursuz  xidmətə görə"1 -ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 20 təqvim ili  xidmətə görə,
 6."Qüsursuz xidmətə görə 2 -ci  dərəcəli medalı ilə- Silahlı Qüvvələrdə 15  təqvim ili xidmətə görə;

7."Qüsursuz xidmətə görə " 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə.
 
Doğum günün mübarək olsun Məhəmməd,100 yaşa,sağlam yaşa.  

Azərbaycan  Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev 

Hiç yorum yok:

Yorum Gönder

Pages