Təbrik: Polkovnik leytenant Vidadi İmanov- 57



     
 Daxili İşlər Nazirliyinin  (Din-in) Daxili Qoşunlarının  həyatında öz dəst -xətt olan, yüksək peşəkarlığı dərin zəkası, gözəl nitq qabiliyyəti və səmimiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün  27 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətə həsir etmiş, Azərbaycan Reslubilkasının  Silahlı Qüvvələr və müharibə veteranı -  ehtiyatda olan  polkovnik -leytenant    İmanov Vidadi İman oğlunun  iyul ayının  11 - də  dünya göz açdığı gündür. 
      
 Daimi həyatın imtahanlarından alnıacıq və üzüağ cıxan- ehtiyatda olan polkovnik      -leytenat  İmanov Vidadi İman oğlunu doğum günü münasibətilə  Daxli İşlər Nazirliyinin Daxili   Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, doğmaları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Vidadi müəllim qoy yaşınızın  üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinizə qovuşduraraq daha da xoşbəxt etsin.
     Polkovnik -leytenat  Vidadi İmaman oğlu İmanov   1967 -ci  ilin  iyul ayının  11 də  Azərbaycan  Respublikasının   Cəlilabad rayonun  Ləki kəndində zəhmətkeş bir ailədə anadan olub.
     
1984 - cü ildə  Cəlilabad rayonun  Ləki kənd orta məktəbi,  1995 - cı ildə  Azərbaycan Dövlət Pedaqoji Universitetini, Daxili Qoşunlarda xidnət etdiyi illər ərzində isə  Daxili Qoşunların Bas İdarəsinin  Xəzər rayonunda yerləşən  təlim-tədris mərkəzində zabitlərin ixtisas artırma kursunu bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  bir çox təlim- metodiki toplanışlarda,  xüsusi- taktiki təlimlərdə , komanda qərargah məşqilərində,müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
    
Vidadi İmanov 1985-1987 -ci illərdə Sövet ordusunda müddətli həqiqi hərbi xidmətdə olub,1995- 2022-ci İllərdə isə  Daxili Qoşunların Baş İdarəsinin Lənkaran, Xacmaz (Yalama qəsəbəsində) Quba, Hacqabul,Xətai və Nərmanov rayonlarında yerləşən hərbi hissələrində   taqım komandiri, bölük komandirinin müavini, böluk  komandiri,hərbi hissənin qərargah rəisinin xidmət üzrə köməkcisi,  hərbi hospital  rəisinin (hərbi hissə  komandirinin)  tərbiyəvi işlər üzrə müavini, Daxili Qoşunların Bas İdarəsinin Növbətci xidmətində isə baş zabit  vəzifələrində Millətə, Dövlətə,  Vətənə və Xalqa sədaqətlə xidmət edib.
   
Vidadi İmanov  1992- 1993- cü illərdə  Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə, Şuşa və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək, üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Müharibə  veteranıdır.
      Vidadi İmanov Qanunvericiliklə müəyyən edilmiş qaydada  Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,dövlət əhəmiyyətli obyektlərin mühafizəsində,   yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi  iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin  kecirilmə yerlərində ictimai asayişin təmin edilməsində və ictimai  təhlükəsizliyin təmin olunmasında,qəzalar, bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və başqa  fövqalədə hallar ( hərbi vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində, dövlətətin ərazi bütövlüyünün olunmasında   üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
     
Hərbi yoldaşları Vidadi İmanovu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş  hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsədə  xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.
       
Polkovnik  leytenant Vidadi İmanov   Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
      Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri,  döyüş və ictimai - sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə  görə əlacı  və yibiley döş nişanları ilə təltif olunub, bir cox  fərmanlarla,diplomlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
       Azərbaycan Respublikasının müstəqilliyinin  , ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai  asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif edilib:

1."Hərbi xidmlərə görə" medalı ilə ;

2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  10 illiyi (1991-2001)” yubiley  medalı ilə;

3."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi  (1918- 2008)” yubiley   medalı ilə;
 
4."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  95 illiyi  (1918 - 2013)” yubiley medalı ilə;

5."Azərbaycan Respubilkası  Silahlı Qüvvələrinin 100 illiyi (1918 -2018)” medalı ilə;

6."Qüsursuz xidmətə görə" 
3 - cü dərəcəli medal - Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;

7."Qüsursuz  xidmətə görə" 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə;
 8."Qüsursuz xidmətə görə 1 -ci  dərəcəli medalı- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  VİDADİ!!!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, 
BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

Azərbaycan Reslubilkasının Silahlı Qüvvələr və Müharibə   Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages