Təbrik: Polkovnik leytenant Sadiq Kazımov



Azərbaycan Respublikası Daxili işlər orqanlarının  və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həyatında öz dəst - xətti  olan, yüksək peşəkarlığı,dərin zəkası, səmərəli fəaliyyəti,  gözəl nitq qabiliyyəti, sadəliyi, səmimiyyəti,iradi, mənəvi keyfiyyəti,böyük idarəçilik  və təşkilatçlıq  bacarığı  ilə seçilən, ömrünün ən məhsuldar dövrünü  Daxili İşlər Nazirliyinində   və Daxili Qoşunların Baş İdarəsində baş zabit  və şöbə rəisi vəzifələrində Millətə, Dövlətə,Vətənə  və sədaqətlə xidmət   etmiş, müharibə veteranı-  istefada olan polkovnik  leytenant  Sadiq  Kazımovun iyul ayının  10-da  71 yaşı tamam olur.
  Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan Azərbaycan  Respubilkasının müharibə veteranı- istefada olan polkovnik leytenant Sadiq  Kazımovu  doğum günü münasibətilə Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları, iş  və döyüşcu yoldaşları  səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Sadiq   müəllim qoy yaşınızın üstə gələn bu yaş da  sizə  sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Calışdığı bütün vəzifərdə özünü bacarıqlı və təcrübəli  zabit və qayğıkeş insan kimi  göstərən polkovnik  leytenant  Sadiq Kazımov  Daxili işlər orqanlarında və DİN-in Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara  və digər şəxslərə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi və Polis Andlarının,hərbi, daxili işlər nazirliyinin  post patrul xidməti,  daxili qoşunların isə döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
        Qanunvericiliklə müəyyən olunmuş qaydada   Daxil işlər orqanlarına  və Daxili  Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifə və tapşırıqların   yerinə yetirilməsində,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi  ixtşaşların qarşlsının alınmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictmai asayişin qorunmasında və ictimai  asayişin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə,cinayətlərin və digər  hüquqpozmaların qarşısının alınmasında və onların acılmasında, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində,qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa  fövqalədə hallar ( hərbi vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsind, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
  Polis və hərbi yoldaşları Sadiq Kazımovu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş  hərbi qulluqçu kimi dəyərləndirirlər.Sadiq   Kazımov  istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsə də  xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.
Öz xidməti  ictimai  vəzifələrinin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri,  döyüş və ictimai - siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı   və yubiley döş nişanları ilə təltif olnub, bir cox fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
       Azərbaycan Respublikasının müstəqilliyinin və  ərazi bütövlüyünün  qorunub saxlanmasında, eləcə də respublikada əmin - amanlığın təmin edilməsində, asayişin qorunmasında və  xidmətdə  xüsusi xidmətlərinə görə Daxili İşlər Nazirinin  müvafiq əmri ilə bir sıra medallarla təltif olunub.
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
      DOĞUM GÜNÜN   MÜBARƏK OLSUN  SADİQ MÜƏLIİM!
  BÜTÜN ARZULARIN ÇİN OLSUN!
     HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!
Azərbaycan Respubilkasının  Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages