Təbrik: Polkovnik leytenant Kamal Əliyev- 63




İşgüzarlığı, yüksək intellektual səviyyəsi, idarəçlik qabiliyyəti ilə seçilən, peşəkar hərbi  zabit, səmimi və xeyirxah  insan, Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və müharibə veteranı- istefada olan polkovnik- leytenat Əliyev Kamal Bayraməli oğlunun iyul ayının 15-də dünyaya göz açdığı gündür. 
Daimi həyatın bütün imtahanlarəndan  alını acıq çıxan Azərbaycan Respubilkasının  Silahlı Qüvvələri və müharibə veteranı- istefada olan polkovnik-leytenant Kamal Əliyevi  belə bir əlamətdar gün münasibəti ilə Din -in Daxili Qoşunların  ehtiyatda  və istefada olan zabitləri, doğmaları iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib tükənməyən nailiyyətlər arzu edib deyirlər, Kamal müəllim  qoy  yaşnızın üstə gələn bu yaş da sənə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə keçsin.
Polkovnik - leytenant Əliyev Kamal Bayraməli oğlu  1961 -ci ilin iyul  ayının 15-də Bakı şəhərində ziyalı bir ailədə anadan olub.
 1989 - cu ildə  Bakı şəhərində orta məktəbi bitirib. 1979-1980 ci illərdə SSRİ Daxili İşlər Nazirliyin Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmətdə olub. 1985-  ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının  Sankt-Peterburq (Leninqrat)  LKCİ-nin  60 illyi adına   ali hərbi siyasi məktəbi bitirib.
Kamal Əliyev 1985 ci illin iyul ayınadan -1991 ci illin dekabr ayının 15 -nə kimi SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının  Tiblis şəhərində yerləşən divizyanın tədris alayında ( briqadasında) təminat bölük komandirinin tərbiyə işləri üzrə müavini , təminat bölük komandiri əvəzi , kiçik komandirlər və mütəxəsislər hazırlayan   bölük komandirinin tərbiyə işləri üzrə müavini , SSSRİ DİN-in Daxili Qoşunların  Bakı Şəhərində yerləşən divizyanın mühafizə alayında kulub rəisi,  tərbiyə bölməsində tərbiyəvi işlər üzrə baş təlimatçı vəzifəsində olub.
Azərbaycan Respubilkasının  Silahlı Qüvvələr və müharibə  veteranı- polkovnik  leytenant Kamal Əliyev  1991-ci ilin  dekabr ayının 15-dən-1992 ci ilin sentyabr ayına kimi Azərbaycan Respublikasının DİN-in Daxili Qoşunların Baş İdarəsinin əlahiddə konvoy (müşayət) taborunda hissə komandirinin tərbiyəvi işləri üzrə müavini  vəzifəsində olub. 1992-ci ilin sentyabr ayından 1993-cü ilin avqust ayına kimi Azərbaycan Respublikasının KHVTİC-də  (Dosafinda)  rəhbər vəzifədə  calışıb. 
1993-cü ilin sentyabr ayından 1999- cu ilin noyabr ayına kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Binəqədi rayonunda və Sumqayıt şəhərində  yerləşən hərbi hissələrində əlahiddə  tabor və hərbi hissə  komandirinin tərbiyə işlər üzrə müavini vəzifələrində xidmət edib. 1999 -cu ilin dekabr ayından 2008-ci ilin sonunadək Daxili Qoşunların Baş İdarəsinin İnispeksiya İdarəsində baş inspektor vəzifəsində ilk xidmət edən   təcrübəli, peşəkar, ali hərbi  təhsli, zəhmətkeş, xdməti vəzifələrin yerinə yetirilməsinə obyektiv yanaşan, kollektiv arasında böyük nüfuza malik olan zabitlərdən biri də polkovnik- leytenat Kamal Əliyev olmuşdur.
İstefadada olan polkovnik- leytenant Kamal Əliyev  peşəkarlığı və humasitliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünün 28-ildən çox  şərəfli xidmət yolunu Daxili işlər Nazirliyinin Daxili Qoşunlarında kecirərək Millətə, Dövlətə,  Vətənə və Xalqa sədaqətlə xidmət edib. 
Kamal Əliyev Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarna həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, mühüm dövlət obyektlərin, hərbi anbarların, hərbi bazaların, kommunikasiya qurğuların, xüsusi yüklərin,  iclah - əmək müəssisələrinin mühafizə olunmasında, cinayətkarlığa qarşı mübarizədə, axtarışda olan şəxslərin axtarılmasında və tutulmasında şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirıərin  kecirilmə yerlərində ictimai  asayişin qorunmasında  və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində və islah-əmək müəsissələrində kütləvi iğtişaşların  qarşısının alınmasında, qəzalar,bədbəxt hadisələr, yanğınlar, təbii  fəlakətlər və başqa  fövqaladə hallar ( fövqəladə vəziyyət  və komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır .  
Kamal Əliyev Azərbaycanın  suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edib və o, müharibə veteranıdır.
Polkovnik leytenant Kamal Əliyev Daxili Qoşunlarda xidmət etdiyi müddətdə şəxsən, Azərbaycan Respublikasının Konustutiyasına və qanunlarına  , Hərbi Andın, hərbi və Din-in daxili qoşunların döyüş xidməti nizamnamələrinin, daxili qoşunların baş idarəsinin inseksiyası haqqında əsasnamənin  tələblərinə və vəzifə borcuna əməl etməkdə  tabeliyindəkilər və digər hərbi qulluqçular üçün nümunə olmuşdur .
 Silahlı Qüvvələr və müharibə veteranı- istefada olan polkovnik-leytenant  Əliyev  Kamal Bayraməli oğlu Daxili Qoşunların Baş İdarəsinin inspeksiyasında baş inspektor vəzifəsində xidmət edərkən, Daxili Qoşunların Baş İdarəsinin idarə, şöbə və xidmətlərinin , eləcə də Daxili Qoşunların   hərbi hissələrinin və əhalidə bölmələrinin xidməti fəaliyyətlərini  yoxlayarkən , səmərəli fəaliyyəti ilə , işgüzarlıq və mənəvi- keyfiyyət ilə Daxili Qoşunlar Komandanlığının və İnispeksiya  rəisinin daimi diqqət mərkəzində olmuşdur. 
Kamal Əliyev 1999-2001-ci illərdə Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları ( MN, DİN, MTN, XDMX, SQ və ƏN) əməkdaşarı arasında keçirlən "Atçılıq” üzrə idman yarışlarında  yüksək nəticələr göstərərək 1-ci və 2-ci yerlərə layiq görülmüş Daxili İşlər Nazirliyinin və Daxili Qoşunların Baş İdarəsinin yığma komandasının tərkibində Kamal Əliyev Daxili işlər Nazirliyin və Daxili Qoşunların Baş idarəsinin yığma komandasının qələbəsinə layiqli töhfəsini vermişdir. 
Polkovnik – leytenant Əliyev Kamal Daxli Qoşunlarda xidmət etdiyi ilərdə xidmətdə fəqləndiyinə görə  O, SSSRİ Ali Soveti adından, SSSRİ və  Azərbaycan Respublikasının Daxili İşlər Nazirlərinin, Daxili Qoşunlar komandanlarının onların müavinlərinin, ali hərbi məktəb rəisinin, Daxili Qoşunların Baş İdarəsinin İnispeksiya rəisinin,divizya və hərbi  hissə komandirlərinin müvafiq əmrləri ilə  əla xidmətlərinə,  döyüş və ictimai siyasi hazırlığına  görə  əlaçı, yubiley yüngül- atletika  və atıcı silahlar üzrə müvafiq idman dərəcəsi döş nişanları ilə   təltif olunub, bir çox fərmanlarla , diplomlarla və qiymətli hədiyyələrlə mükaflandırlıb,ona təşəkkur elan edilib və aşağıdakı medallarla təltif olunub:
1.”SSSRİ Sİlahlı Qüvvələrinin   70 illiyi (1918-1988)”  yubiley medalı ilə;     
2.”Rusiya Federasiyasının Sankt –Peterburq (leninqrad) şəhərində yerləşən “DİN-in Daxili Qoşunların ali siyasi hərbi inistitutunun (məktəbinin) 70 illiyi” yubileyi  medalı ilə;
3.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin    10  illiyi (1991-2001)” yubiley medalı ilə;
4.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin  90 illiyi (1918-2008)” yubiley medalı ilə;
5.“Qüsursuz xidmətə görə” 1-ci dərəcəli  medal- Silahlı Qüvvələrdə  20  təqvim ili   xidmətə görə;
6.”Qusursuz xidmətə görə” 2 - ci dərəcəli medal-  Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə;
7.”Qusursuz  xidmətə görə  3-cü dərəcəli  medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
8.”Azərbaycan Respubilkasının  Silahlı Qüvvələri Veteranı” medalı ilə.
DOĞUM GÜNÜN MÜBARƏK KAMAL!
100 YAŞA, SAĞLAM YAŞA. 
Azərbaycan Respubilkasının Siıahlı Qüvvələr və  Müharibə Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages