İnsan üçün ən yadda qalan tarixlərdən biri onun doğum günüdür. Belə insanlardan biri də Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və
Müharibə Veteranı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin üzvü - istefada olan baş gizir Nərman Məmmədovdur. İyul ayının 22 - də onun dünya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan Nərman Məmmədovu 65 illk yubiley günü münasibətilə Din-in Daxili Qoşunların hərbi vəzifəliləri, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər,Nərman müəllim qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Nərman Məmmədov 1992-1994 - cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam,Ağdərə və Füzuli rayonları istiqamətlərində) gedən döyüşlərdə iştirak edərək, üzərinə düşən vəzifə və tapşırıqları şərəflə yernə yetirmişdir.Müharibə veteranıdır.
O,Azərbaycan Respubilkasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın və hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamları dəqiq və sözsüz yerinə yetirilməsi işində bir cox hərbi qulluqculara şəxsi nümünə olmuşdur.
Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxili Qoşunlara həvalə edilmiş, vəzifə və tapşırıqların yerinə yetirilməsində (mühüm dövlət obyektlərin, islah -əmək müəsissələrin və hərbi təchizat anbarların mühafizə olunmasında,yaşayış məntəqələrində və islah -əmək müəsissələrdə kütləvi iğtişaşların qarşısının alınmasında,axtarışda olan şəxslərin axtarllmasında və tutulmasında,cinayətkarlığa qarşı mübarizədə, səhərlərdə, yaşayış məntəqələrində və kütləvi idman tədbirlərin kecirilmə yerlərindəictimai asayişin qorunmasında və ictimai təhlükəziliyin təmin edilməsində, baş vermiş qəzaların, bədbəxt hadisələrin, yanğınların, təbii fəlakətlərin nəticələrinin qaşısının alınmasında, fövqəlada hallar zamanı hüquqi rejimin təmin edilməsinə) üzərinə düşən vəzifə və rapşırıqları layıqınca yernə yetirmişdir.
Nərman Məmmədov öz xidmət və ictimai vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə və nümnəvi xidmətlərinə görə bir sıra medallarıla, əlacı
və yubiley döş nişanları ilə təltif olunub,bir çox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb, ona təşəkkür elan edlib və adı hərbi hissənin Fəxri kitabına yazlıb.
NƏRMAN MÜƏLLİM 65 İLLİK YUBİLEY GÜNÜZ MÜBARƏK !!!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder