Yüksək peşəkarlığı, humanistliyi,nəzəri və praktiki biliyi, işgüzarlığı, mənəvi keyfiyyətİ, dəqiqliyi, təmkinliyi,sadəliyi və səmimiyyəti ilə seçilən, müharibə veteranı istefatda olan polkovnik- leytenat Natiq Məmmədovun avqust ayının 1-də dünya göz açdığı gündür. Belə bir əlamətdar gün münasibətilə Natiq Məmmədovu Din -in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,ona həyatda insan üçün ən şirin neymət olan möhkəm cansağlığı, ailə səadatı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Natiq qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin və hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.
Müharibə veteranı- istefada olan polkovnik- leytenat Natiq Məmmədov 1963-ci ildə Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub.
1979-ci ildə Bakı şəhərində orta məktəbi, 1988-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Saratov Ali hərbi məktəbi bitrib.
Polkovnik- leytenat Natiq Məmmədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Din-in Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrdə keçirlən bir cox təlim-metodiki toplanışlarda,xüsusi və taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
Natiq Məmmədov 1980- 1982-ci illərdə SSRİ DİN-in Daxili Qoşunların Kiyev şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.
1988-1991-ci illərdə Din-in Daxili Qoşunların Ukrayna Respubilkasında yerləşən hərbi hissələrin birində taqim komandiri və bölük komandirinin müavini vəzifəsində olub.
1992-1996- ci illərdə Müstəqil Respublikamızın Daxili işlər Nazirliyinin Daxili Qoşunların Konvoy alayında,, Binəqədi, Zəngilan və
Nərmanov rayonlarında yerləşən hərbi hissələrində klub rəisi, qərargah rəisinin birinci müavini,hərbi hissə komandirinin müavini-qərargah rəisi, 1997- 2003-cü illərdə isə Daxili İşlər Nazirliyin Polis akademiyasının hərbi kafederasında baş müəllim vəzifələrində Millətə,Dövlətə, Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir.
Natiq Məmmədov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Polis polkovnik leytenantı Natiq Məmmədov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında və Polis Akademiyasında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi və Polis Andlarının, hərbi və daxili işlər orqanların müvafiq nizamnəmələrinin və digər hüquqi- normativ aktların tələblərinə, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları və polis əməkdaşlarını fədakar xidmətə
ruhlandırmışdır.
O,Azərbaycan Respublikasında şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi ixtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar, bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar (fövqəladə vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Polkovnik -leytenat Natiq Məm ədov Daxili Qoşunlarda müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ona həvalə vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
O, Daxili Qoşunlarda və Din-in Polis Akademiyasıda xidmət etdiyi illər ərzində peşəkar hərbi və polis zabitlərin, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuların, kiçik komandir heyətinin və kiçik mütəxəssislərin yetişməsində, eləcədə onların komandir, döyüş və ictimai sıyası hazırlığında xüsusi əməyi olmuşdur. O,təqaüdə çıxdıqdan sonra da hərbi quluqcuların, polis əməkdaşların hərbi vətənpərvərlik tərbiyəsində və peşəkarlığının artırılmasında öz bilik və baçarığnı onlardan əsirgəmir.
Müharibə veteranı istefada olan polkovnik leytenat Natiq Məmmədovu tanyanlar onun nə dərəcədə tələbkar insan olduğunu çox yaxşı bilirlər.
Natiq Məmmədovun qiymətli cəhətlərindən biri də onun sadə, təvazökar,qeyrətli vətənpərvər olmasıdır. Böyüklə-böyük,kiciklə-kiçik,sözü ilə əməli düz gələn bir gözəl insan,Azərbaycanmızın bu günu, sabah ilə bağlı daimi düşünür, ölkəmizi daimi qüdrətli,güclü və firavan görmək istəyir.
Öz xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,Ali Hərbi Məktəb və Polis Akademiya rəislərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə "Əla xidmətlərə görə" əlaçı, yubiley və müvafiq idman dərəcələri döş nişanları ilə təltif olunub, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə, döyüş xidməti və döyüş növbəsində xüsusi fəriqlənməyə, şücaət və fədakarlıq xidmətlərinə görə SSRI Alı Soveti və Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin əmirləri ilə bir çox medallarla təltif olunub.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. NATİQ MÜƏLLİM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı yaranmasının isə medaları Vətən Müharibəsi Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder