Təbrik : Mayor Tucar Şərifov -63








 İnsan ücün ən yaddaqalan günlərin başlıcası onun həyata gəldiyi gündür.Ömrə bəzək olan ad günü hər il xüsusi qeyd edilir. Belə ad günü qeyd edən insanlardan biridə  Daxili işlər Nazirliyinin (DİN-in) Daxili Qoşunlarının Xəzər,Nərmanov və Xətai rayonlarında yerləşən  hərbi hissələrində  öz dəst-xətti  və xüsusi xidmətləri   olan-  istefada  olan mayor Tucar Şərifovun iyul ayının 26 -də  dünyaya göz acdığı gündür.
Daimi  həyatın bütün cətinliklərindən alınıaçıq və üzüağ. çıxan, mayor  Tucar Şərifovu belə bir əlamətdar gün münasibəti ilə Din -in  Daxili qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları, iş və döyüşcü  yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib tükənməyən nəaliyyətlər arzu edib deyirlər,Tucar qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin.
Mayor Şərifov Tucar  Məmməd  oğlu 1961-cı ilin iyul ayının 26- də Tiflis quberniyasının Lori-Borçalı  mahalının  tərkibində olmüş  Noemberyan rayonunun  Ləmbəli kəndində zəhmətkeş bir ailədə anadan olub.
1978 -ci ildə   Noyenberyan rayonunun Ləmbəli kənd  orta məktəbi, 1988 - ci  ildə Azərbaycan Dövlət Pedoqoji  Universitetini(fiziki tərbiyə və gənclərin cağrışa qədərki hazırlığı fakultəsini), 1998 - ci ildə isə Din-in Daxili Qoşunların Bas İdarəsinin  döyüş hazırlığı idarəsinin  Xəzər rayonunda yerləşən təlim - tədris mərkəzində  zabitlərin ixtisas artırma  kurslarını bitrib. O, Din-in Daxili Qoşunların Baş  İdarəsində və  hərbi hissələrində keçirilən bir cox təlim- metodiki toplanışlarda, idman yarışlarında, xüsusi- taktiki təlimlərdə, nümnəvi-göstərici məşğələlərdə, müvafiq kurslarda, semnar  və konfraslarda  olub.Hərbi təcürbə mübadiləsi  əldə etmək  məqsədilə Türkiyə Din-in  Jandarma qüvvələrinin hərbi hissələrində və hərbi məktəblərində  işgüzar səfərdə olub.
Tucar Şərifov 1980-1982 - cı illərdə    Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının  Qazaxstan Respubilkasının  Leninski şəhərində yerləşən hərbi hissələrin birində həqiqi hərbi xidmətdə olub. 1988-1990 cı ildə  Balakən rayonun Qabaqcöl kənd orta məktəbdə, 1990-1996-cı illərdə isə Bakı şəhəri 242 nömrəli   tam  orta məktədə hərbi və fiziki hazırlığ  fənləri üzrə müəllim vəzifəsində işləyib. 
1991- 1992-ci illərdə Azərbaycan ordusunun tərkibində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layıqınca  gəlmişdir.Müharibə veteranıdır.
Mayor Tucar Şərifov 1996- 2003 -cü illərdə    Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin  Xəzər,Nərmanov   və Xətai  rayonlarında   yerləşən  əlahiddə tədris taborun, alayın və briqadanın idman və fiziki hazlığ  rəisi    vəzifələrində  Millətə,Dövlətə, Vətənə və Xalqa sədaqətlə xidmət edib.2004- cü ilin yanvar ayında “Hərbi xidmətkecmə  haqqında” əsasnamənin 156-cı maddəsinin v) bəndinə əsasən (xəstəliyə görə) Silahlı Qüvvələrdən ehtiyata buraxlıb. 
Tucar Şərifov Daxili Qoşunların hərbi hissələrində idman və fiziki hazırlıq rəisi vəzifəsində xidmət etdiyi illər ərzində, hərbi hissənin bir sıra hərbi qulluqcularının Dünya, Avropa miqyasında, Respubilka, Daxili İşlər Oqanları və Daxili Qoşunların Baş İdarəsinin hərbi hissələri və bölmələri arasında  təşkil olunan yarışlarda iştirak etməsi, tanıması  və yüksək yerlər tutması ücün eləcədə, hərbi hissədə hərbi quluqculların fiziki hazırlığının yüksək səviyyədə olması ücün əlindən gələn köməkliyi əsirgəməmiş,onun hazırladığı hərbi qulluqcular və hərbi hissənin komandası dəfələrlə bir çox idman növləri üzrə  Daxili Qoşunların hərbi hissələri araslnda 1, 2 və 3 yerlərin qalibi olmuşdur.
 Peşəkarlığı, humanistliyi,sadəliyi, səmiyyəti, dəqiqliyi,təmkinliyi,iradi, mənəvi keyfiyyəti  və işgüzarlığı  ilə seçilən, mayor   Tucar Şərifov ömrünün  ən məhsuldar dövrünün 11 ildən cox şərəfli xidmət yolunu hərbi xidmətdə kecirmiş, 14 ildən çoxnu isə “Azərsu” ASC-nin müvafiq şöbəsində keçirir.
Mayor Tucar Şərifov Daxili Qoşunlarda xidmət etdiyi müddətdə şəxsən , Azərbaycan Respublikasının Konustutiyasına və qanunlarına, Hərbi Andın , hərbi və daxili qoşunların döyüş xidməti  nizamnamələrinin tələblərinə və vəzifə borcuna əməl etməkdə  tabeliyindəkilər üçün nümunə olmuşdur .
Tucar Məmməd oğlu Şərifov Qaunvercliklə  müəyyən edilmiş qaydada  Din -in Daxili Qoşunlarına həvalə etmiş vəzifələrin yerinə yetirilməsində, cinayətkarlığa qarşı mübarizədə, şəhərdə, yaşayış məntəqələrində və  kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, hərbi təchizat anbarların və inzibatı binaların mühafizə edilməsində, yaşayış məntəqələrində və islah-əmək müəsissələrində kütləvi iğtişaşların qarşısının alınmasında,qəzalar, yanğınlar, bədbəxt hadisələr, təbii fəlakətlər və başqa fövqaladə hallar (fövqaladə vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində,   dövlətin ərazi bütövlüyünün təmin olunmasında , üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunnmasında, xidməti və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə , idman sahəsində isə yüksək yerlər tutduğuna görə Daxili İşlər Nazirinin, Daxili  Qoşunlar komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin   müvafiq  əmrləri ilə  əla xidmətlərə   görə əlacı  yubiley və idman dərəcəsi döş nişanları ilə təltif edilib, bir cox  fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandılıb, ona təşəkkur elan olunub və aşağıdakı medallarla təltif edilib:
1.”Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 10 təqvim ili xifmətə görə;
2.”Azərbaycan Respubilkasının  Silahlı Qüvvələrinin 10 illiyi (1991 -2001)” yubiley medalı ilə.
Doğum günün mübarək olsun Tucar!
100 (yüz) yaşa sağlam yaşa.
 Azərbaycan  Respublikasının Silahlı Qüvvələr və   Müharibə Veteran polkovnik Salman Musayev




Hiç yorum yok:

Yorum Gönder

Pages