Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst - xətti olan, peşəkarlığı, işgüzarlığı,iradı,mənəvi keyfiyyəti, vətənpərvərliyi, dəqiliyi, təmkinliyi və səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 21 ildən çoxunu Daxili Qoşunların hərbi hissələrində müxtəlif vəzifələrdə keçirmiş -ehtiyada olan mayor Məmmədrzayev Rəhman Həsən oğlunun 2024 cü ildə 51 yaşı tamam olub.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan - ehtiyatda olan mayor Məmmədrzayev Rəhman Həsən oğlununun 2024-cü ildə 51 yaşının tamam olması münasibətilə Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,əzizləri, doğmaları, yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Rəhman qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərniznə qovuşduraraq daha da xoşbəxt etsin.
Mayor Məmmədrzayev Rəhman Həsən oğlu 1973-ci ild ə Şəki rayonun Cunud kəndində zəhmətkeş bir ailədə anadan olub.
Mayor Rəhman Məmmədrzayev Həsən oğlu 1990 -cı ildə Şəki rayonunun Cunud kənd orta məktəbi,1996-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını,1999-cu ildə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin doyuş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən təlim-tədris mərkəzini (ixtisas artırma kursu üzrə) bitrib.
Rəhman Məmmədrzayev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların hərbi hissələrində və Baş İdarəsində keçirilən bir çox təlim -metodiki toplanışlarda, taktiki-xüsusi təlimlərdə, müvafiq ixtisas artırma kurslarında, seminar və konfranslarda fəal iştirak edib.
1992-1994 -cı illərdə Din-in Daxili Qoşunların Nərmanov, Ağdam, Ağdərə və Füzuli rayonlarında yerləşən hərbi hissələrdə müddətli həqiqi hərbi xidmətdə olub.
1996-2013-cü illərdə Daxili Qoşunların Zakatala, Şəki,Lənkəran,Cəlilabad rayonlarında yeləşən hərbi hissələrində müxtəlif vəzifələrdə Millətə, Dövlətə, Vətənə və Xalqa sədaqətlə xidmət edib. Daxili Qoşunların hərbi hisələrinin birindən Silah xidmətinin rəisi vəzifəsindən ehtiyata buraxlıb.
Çalışdığı bütün vəzifərdə özünü bacarıqlı hərbi qulluqcu kimi göstərən- ehtiyatda olan mayor Məmmədrzayev Rəhman Həsən oğlu oğlu DİN-in Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara və bir çox hərbi qulluqçulara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin , əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictmai asayişin qorunmasında və ictimai asayişin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar, bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar (hərbi vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində,1992-1994-cü illərdə Ağdam, Ağdərə,Füzuli rayonları istiqamətində gedən döyüşlərdə üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Müharibə veteranıdır.
Hərbi, iş və tələbə yoldaşları Rəhman Məmmədrzayev Həsən oğlunu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və digər təhsil mərkəzlərində, istərsə də xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanıb.
Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri, döyüş və ictimai - siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Din-in Polis Akademiya rəisinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əlacı və yubiley döş nişanları ilə təltif olnub, bir çox diplomlarla, fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəqiqləndiyinə və digər xidmətlərinə görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin müvafiq əmirlərinə əsasən aşağıdakı medallarla təltif olunub:
1."Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi ( 1991 - 2008)” yubiley medalı ilə;
2."Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 95 illiyi ( 1918 - 2015 )” yubiley medalı ilə;
3."Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4."Qüsursuz xidmətə görə 2 -ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
5."Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə.
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN RƏHMAN !
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder