Təbrik: Mayor Qurbanxan Cəniyev - 64



 
Bu gün  həmkarlarmızdan biri olan, peşəkarlığı,işgüzarlığı, iradı, humanistliyi, sadəliyi və səmərəli fəaliyyəti  ilə seçilən, ömrünün 18 ildən çox şərəfli xidmət yolunu  hərbi xidmətdə  keçirmiş  müharibə veteranı- ıstefada olan mayor Cəniyev  Qurbanxan Xanış oğlunun  iyil ayının  3- də dünya göz açdığı gündür.  
     
Belə bir əlamətdar gün münasibətilə daimi həyatın  imtahanlarından alnıaçıq və üzüağ çıxan- istefada olan mayor Cəniyev Qurbanxan Xanış oğlunu  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, doğmaları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara  həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib dryirlər, Qurbanxan müəllim  qoy yaşının üstə gələn bu yaş da   sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə  sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin daha da xoşbəxt etsin.
      Müharibə Veteranı istefada olan Mayor Qurbanxan  Caniyev  1960 - ci ildə  uyun ayının 3-də  Azərbaycan Respublikasının Salyan rayonun  Xələc kəndində zəhmətkeş bir ailədə anadan olub.
   
 1977 -ci ildə  Salyan rayon təhsil İdarəsi üzrə  Xələc kənd orta məktəbi,  1982 -  ci ildə  Azərbaycan Politexnik İnstitutunu ,1997 - cı ildə  ildə isə Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən Zabitlərin təhkimləşdirmə kursunu bitrib.O, Daxili Qoşunlarda xidmət etdiyim ilər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrdə kecirlən bir cox metodiki -təlim toplanışlarında, müvafiq kurslarda, hərbı  və xüsusi -taktiki təlimlərdə,seminar və konfranslarda fəal iştirak edib.
       
1982-1992 - ci illərdə   Sovet Ordusunun Samara Vilayətində yerləşən hissələrin birində  taqım komandiri,  böluk komandirinin müavini, böluk komandiri, 1992-2000 - ci illərdə isə  Din-in Daxili Qoşunların Bas İdarəsinin Binəqədi,  Nərmanov,  Füzuli və Xətai rayonlarında yerləşən hərbi hissələrində böluk komandiri,  tabor qərargahının rəisi,  alayın qərargah rəisinin müavini vəzifələrində Millətə, Dövlətə,  Vətənə və Xalqa sədaqətlə  xidmət edib.
     
Mayor  Qurbanxan  Caniyev 2002 -ci ildən etibarən  Peşə Təhsili üzrə Dövlət Agentliyin  Abşoron və Ceyranbatan peşə litseyində müəllim işləyir.
      Qanunvericiliklə müəyyən edilmiş qaydada  Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifə və tapşırıqların  yerinə yetirilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi  iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, şəhərdə, yaşayış  məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində,qəzalar, bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və başqa  fövqalədə hallar  zamanı hüquqi rejimin təmin olunmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
      
Hərbi və müəllim yoldaşları Qurbanxan Cəniyevi  vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsə də  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.
     
 Mayor Qurbanxan  Cəniyev  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamlarının dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
    
Qurbanxan   Cəniyev Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə  iştirak edib .Müharibə veteranıdır.

Öz xidməti  vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və digər xidmətlərinə görə  görə SSRİ Müdafiə Nazirinin,Azərbaycan Respublikasının   Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə  görə əlacı və  yubiley döş nişanları ilə,  bir cox fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb,
 ona təşəkkür elan edilib və aşağısakı medallarla təltif olunub:

1."SSRİ Silahlı Qüvvələrinin 70 - illiyi (1918-1988)” yubiley medalı ilə;

2.”Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi  (1991-2001)” yubiley medalı ilə;

3."Qüsursuz  xidmətə görə " 2-ci dərəcəli medal  - Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə;

4."Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN QURBANXAN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

Azərbaycan Respublikasının  Silahlı Qüvvələr və Müharibə   Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages