Təbrik :Mayor Nazim Yahyayev - 47



Ömrünün önəmli bir hissəsini Daxili İşlər Nazirliyinin Daxili Qoşunların hərbi hissələrində  və ali hərbi məktəbində maliyyə  xidməti  işinə həsr etmiş  ehtiyatda  olan mayor  Nazim İslam oğlu  Yahyayevin avqust ayının 1- də dünya göz açdığı gündür.

 Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan, 1977 -ci ilin avqust ayının 1-də  anadan olmuş- ehtiyatda   olan mayor  Yahyayev Nazim İslam oğlunu doğum günü münasibətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları,iş və döyüşcü yoldaşları  səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət  olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər, Nazim  qoy yaşının üstə gələn bu  yaş da  sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi  istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

 Nazim Yahyayev   Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamlarının dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən edilmiş qaydada  Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqlarının yerinə yetirilməsində, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Hərbi yoldaşları Nazim Yahyayevi vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş  hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsə də  xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.
 Öz xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri,  döyüş və ictimai - siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə  görə  əlacı   və yubiley döş  nişanları ilə təltif olunub, bir cox  fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
  Öz xidməti vəzifələrini  və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən  fəriqləndiyinə görə  bir çox medallarla  təltif olunub.  
NAZİM   DOĞUM GÜNÜN  MÜBARƏK OLSUN !!!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan  Respublikasının  Silahlı Qüvvələri və Müharibə Veteranı  polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages