Təbrik: Mayor Kamil Sadıqov- 57



   
 İnsan üçün ən yadda qalan tarixlərdən  biri onun doğum günüdür. Belə insanlardan biri də  peşəkarlığı, humanistliyi, sadəliyi,iradi və mənəvi keyfiyyətləri ilə seçilən  ömrünün ən məhsuldar dövrünün  23 ildən çox şərəfli xidmət yolunu  hərbi xidmətdə keçirmiş, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Sumqayıt şəhər şöbəsinin üzvü-  istefada olan mayor  Sadıqov Kamil Çərkəz öğludur. İyul ayının  6 - da  onun dünya göz açdığı gündür. 
       
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan- istefada olan mayor Kamil Sadıqovu  bu əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin   (Din-in) Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, doğmaları, iş və döyüşçü yoldaşları    səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Kamil qoy yaşının üstə gələn bu yaş da  sizə  sevinc dolu illər bəxş etsin,  hər yeni yaşın isə  sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
    
 Kamil Sadıqov   1967 - ci illin  iyul ayının 6 - da  Qərbi Azərbaycanın  ( Dərələyəz  mahalının) Yegeqnadzor  rayonun Qabaxlı kəndində zəhmətkeş bir ailədə anadan olub.
    
 1984-cü ildə  Qərbi Azərbaycanın Yegeqnadzor rayonun   Qabaxlı kənd orta məktəbi,  1991-ci ildə  Azərbaycan Dövlət   Aqrar Universitetini,  1998 - ci ildə isə  Zabitlərin ixtisas artırma kursunu bitrib.  O,Daxili  Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox metodiki - təlim toplanışlarında,  xüsusi - taktiki təlimlərdə , komanda- qərargah təlimlərində,  müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
     
1985-1987 - ci illərdə  Sovet Ordusunun  Krasnoyarsk vilayətində yerləşən hərbi hissələrin birində   müddətli həqiqi hərbi xidmətə olub.
 Mayor Kamil Sadıqov  Azərbaycan Dövlət Aqrar Universitetini  bitrdikdən sonra  1992 - ci ilın  dekabr ayına kimi   öz ixtisası üzrə müvafiq vəzifələrdə işləyib.  

1993-2014 -cü illərdə  Daxili İşlər Nazirliyinin    Daxili Qoşunların Bas İdarəsinin  Sumqayıt şəhərində,  Quba,  Binəqədi,  Nərimanov  və Sabuncu rayonlarında yerləşən hərbi hissələrində  əlahiddə  xüsusi vasitələrin tətbiqi qurupun komandiri,  avtomobil və zirehli texnika bölüyünün komandiri,  avtomobil və zirehli texnika xidmət rəisi,  hərbi hissə komandirinin  maddi texniki təminat xidməti üzrə müavini vəzifələrində Millətə,Dövlətə,  Vətənə  və Xalqa sədaqətlə   xidmət edib
      Azərbaycan ərazi bütövlüyü uğrunda  (Ağdam, Ağdərə  və Füzuli) rayonları istiqamətində gedən döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Müharibə veteranıdır.
      Qanunvericiliklə müəyyən edilmiş qaydada  Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, dövıət əhmiyətli obyektlərin mühafizə olunmasında, şəhərdə, yaşayış məntəqələrində  və kütləvi tədbirlərin kecirilmə yerıərində ictimai təhlükəsizliyin  edilməsində, yaşayış məntəqələrində   və cəzaçəkmə müəssisələrində  kütləvi  iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində,qəzalar, yanğınlar,bədbəxt hadisələr,təbii  fəlakətlər  və başqa   fövqalədə hallar (fövqaladə vəziyyət  və komendat saatı) zamanı hüquqi rejimin təmin olunmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
    
Hərbi və iş yoldaşları  Kamil Sadıqovu vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsə də  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.
    
Kamil Sadıqov  Daxili İşlər Nazirliyinin  Daxili Qoşunların Bas İdarəsindən Silahlı Qüvvələrə ehtiyata buraxılandan sonra  2017- 2019 -cu illərdə  Moskva şəhərində  MR natural şirələri zavodunda  idarə heyətin sədri,  2019- 2021cü illərdə  isə Kənd təsərrüfatı Nazirliyinin  Abşeron rayonun Dövlət Aqrar inkişaf  mərkəzində aparıcı məsləhətçi işləyib.
    
 O,  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
    
Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri,  döyüş və ictimai - siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə  Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, təlim - tədris mərkəz rəisinin,  hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə  görə əlacı və yubiley döş nişanları ilə, bir cox  fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
     Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai  əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:

1."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin   10 illiyi( 1991 - 2001)” yubiley  medalı ilə;

2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918 - 2008)” yubiley   medalı ilə;

3."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  95 illiyi (1918 - 2013)” yubiley medalı ilə;
 4."Qüsursuz xidmətə görə 1 -ci  dərəcəli medalı - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

5."Qüsursuz  xidmətə görə" 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə,

6."Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;

7.”Müharibə  veteranı” medalı ilə;

8.”Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin   25 illiyi (1994-2019)” yubiley medalı ilə.
 
KAMİL  DOĞUM GÜNÜN  MÜBARƏK!!!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, 
ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Respublikasının Silahlı  Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages