Təbrik: Mayor İlkin İslamov



     
 Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarının  həyatında öz dəst -xətt olan, yüksək peşəkarlığı,sadəliyi, səmimiyyəti,səmərəli fəaliyyəti,iradi və mənəvi keyfiyyəti  ilə seçilən - ehtiyada olan   mayor   İslamov İlkin Cingiz   oğlunun  iyul ayının  18 -də  dünya göz açdığı gündür.
      
 Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan- ehtiyatda olan  mayor İslamov İlkin Cingiz oğlunu doğum günü münasibətilə  Daxli İşlər Nazirliyinin Daxili   Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları və  iş  yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, İlkin qoy yaşının  üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
    
İslamov İlkin Cingiz  oğlu   1974 - cü  ilin iyul ayının  18 - də  Azərbaycan  Respublikasının   Masalı rayonunda zəhmətkeş bir ailədə anadan olub.
     
1991 - ci ildə  Masalı    rayonun    orta məktəbi,  1996 - cı ildə  Azərbaycan Texniki  Universitetini və Müdafiə Nazirliyinin təlim -tədris mərkəzini (zabitlərin ixtisas artırma  kursunu) bitrib. 

İlkin Islamov  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində  bir çox təlim- metodiki toplanışlarda, nümunəvi -göstərici məşğələlərdə,  xüsusi- taktiki təlimlərdə , komanda qərargah məşqilərində,müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
    
1996- 2000 - ci illərdə Azərbaycan Ordusunun Goronboy və Naftalan rayonlarında (Murovdağı, Sibir postu və Tapqaraqoyunlu istiqamətlərində) yerləşən  briqadalarda taqım komandiri, batereyanın baş zabiti vəzifəsində calışıb.
2004-2022 - ci     illərdə  Din-in Daxili Qoşunların Baş İdarəsinin  Şirvan şəhərində, Zakatala, Nərmanov,Hacıqabul və Bərdə rayonlarında yerləşən hərbi hissələrində taqım komandiri, bölük komandirinin müavini, kəşfiyyat bölməsinin rəisi, ərzaq və
 əşya  xidmət rəisi   vəzifələrində Millətə,Dövlətə, Vətənə və Xalqa sədaqətlə xidmət edib.O, 2022 -ci illin  ayında “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin müvafiq  bəndinə əsasən (yaşa görə) Din-in Daxili Qoşunların Baş İdarəsindən Silahlı Qüvvələrə ehtiyata buraxlıb.Hal- hazırda   ehtiyatda olan mayor  İlkin  İslamov Təhlükəsizlik xidmətlərin birində  növbə rəisi vəzifəsində  işləyir.

İlkin İslamov Qanunvericiliklə  müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, dövlət əhəmiyyətli obyektlərin və hərbi təchizat  anbarların mühafizəsində,   yaşayış məntəqələrində kütləvi  iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin  kecirilmə yerlərində ictimai asayişin qorunmasında  və ictimai  təhlükəsizliyin təmin olunmasında,  bədbəxt hadisələr,yanğınlar, qəzalar, təbii fəlakətlər və başqa  fövqaladə hallar (fövqalədə  vəziyyət  və komendat saatı ) zamanı hüquqi rejimin təmin edilməsində,  dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
     
Hərbi və iş yoldaşları onu, vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş  hərbi qulluqçu kimi dəyərləndirirlər.İlkin İslamov istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsədə  xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.
       
O,  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
      
Öz xidməti  vəzifələrinin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri,  döyüş və ictimai - sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, korpus, briqada və alay komandirlərinin müvafiq əmrləri ilə əla və nümnəvi xidmətlərinə  görə  əlacı  və yibiley  döş nişanları ilə, bir cox  fərmanlarla,diplomlarla və qiymətli hediyələrlə mükafatlandırlıb, ona təşəkkür elan olunub və aşağıdakı medallarla təltif edilib:

1.”Azərbagcan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;

2.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin  95 illiyi (1918-2013)” yubileyi medalı ilə;

3.”Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10  təqvim ili xidmətə görə;

4.“Quzursuz xidmətə görə” 2-ci dərəcəli  medal-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

5.”Qusursuz xidmətə görə” 1 -ci  dərəcəli medal- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  İLKİN!!!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, 
BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

Azərbaycan Reslubilkasının Silahlı Qüvvələr və Müharibə   Veteranı polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages