Təbrik: Mayor Emin Abbasov


   
 
 Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının  həyatında öz dəst -xətt olan,  peşəkarlığı,sadəliyi, səmimiyyəti,iradi və mənəvi keyfiyyəti ilə seçilən - ehtiyada olan   mayor  Abbasov Emin Möhübbət  oğlunun  iyul ayının  12 -də  42  yaşı tamam olur.
      
 Daimi həyatın imtahanlarından alnıacıq və üzüağ cıxan- istefada olan  mayor Abbasov Emin Möhübbət oğlunu doğum günü münasibətilə  Daxli İşlər Nazirliyi Daxili   Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Emin qoy yaşının  üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
    
Abbasov Emin Möhübbət oğlu   1982 - ci  ilin iyul ayının  13- də  Azərbaycan  Respublikasının   Tərtər rayonunun Qaradağlı    kəndində zəhmətkeş bir ailədə anadan olub.
     
1999 - ci ildə   Tərtər  rayonun  Qaradağlı kənd orta məktəbi  2003 - cı ildə  Gəncə Dövlət  Universitetini bitrib. O, Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində  bir çox təlim- metodiki toplanışlarda, nümunəvi -göstərici məşğələlərdə  xüsusi- taktiki təlimlərdə , komanda qərargah məşqilərində,müvafiq ixtisas artırma  kurslarında, seminar və konfranslarda fəal iştirak edib.
    
Mayor Emin Abbasov 2003-cü illərdə Azərbaycan Ordusunun döyüş bölgələrində yerləşən əlahiddə hərbi hissələrin birində hərbı  xidmətdə olub.2004-2018 -ci     İllərdə  Din-in Daxili Qoşunların Baş İdarəsinin  Gəncə şəhərində, Bərdə, Zakatala və Qəbələ rayonlarında yerləşən hərbi hissələrdə əlbəyaxa döyüş üzrə təlimatçı, həmlə qurup komandiri,xüsusi vasitələrin tətbiqi qurupun     komandiri, bölük komandirinin müavini,
bölük komandiri, mühəndis və kimya xidmət rəisi   vəzifələrində  Millətə,Vətənə,Dövlətə  və Xalqa sədaqətlə xidmət edib.O,2018 -ci illin dekabr ayında “Hərbi Xidmətkeçmə Haqqında” əsasnamənin 156-cı maddəsinin v) bəndinə əsasən (xəstəliyə görə) Din-in Daxili Qoşunların Baş İdarəsindən Silahlı Qüvvələrə ehtiyata buraxlıb.Hal- hazırda  Emin Abbasov  özəl  müəssisələrin birində işləyir.

Mayor Emin Abbasov Qanunvericiliklə müəyyən edilmiş qaydada  Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,dövlət əhəmiyyətli obyektlərin mühafizəsində,   yaşayış məntəqələrində kütləvi  iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin  kecirilmə yerlərində ictimai asayişin təmin edilməsində və ictimai  təhlükəsizliyin təmin olunmasında, fövqalədə hallar  və hərbi vəziyət zamanı hüquqi rejimin təmin edilməsində, bədbəxt hadisələrin,yanğınların qəzaların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
     
Hərbi və iş yoldaşları onu, vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş  hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsədə  xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.
       
Mayor Emin Abbasov  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
      Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri,  döyüş və ictimai - sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla və nümnəvi xidmətlərinə  görə   əlaçı   və yubiley döş nişanları ilə, bir cox  fərmanlarla,diplomlarla və qiymətli hediyələrlə mükafatlandırlıb, ona təşəkkür elan olunub və aşağıdakı medallarla təltif edilib:

1.”Azərbagcan Respubilkası Silahlı Qüvvələrin  90 illiyi (1918-2008)” yubiley medalı ilə;

2.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin  95 illiyi (1918-2013)” yubileyi medalı ilə;

3.”Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10  təqvim ili xidmətə görə;

4.“Quzursuz xidmətə görə” 2-ci dərəcəli  medal-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  EMİN!!!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, 
BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

Azərbaycan Reslubilkasının Silahlı Qüvvələr və Müharibə   Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages