Təbrik: Mayor Elsevər Gözəlov - 54


     
 Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarının  həyatında öz dəst -xətt olan, yüksək peşəkarlığı,sadəliyi, səmimiyyəti, idman sahəsində uğurları, səmərəli fəaliyyəti, iradi və mənəvi keyfiyyəti  ilə seçilən– ehtiyatda  olan   mayor Gözəlov  Elsevər Əliəşraf        oğlunun  iyul ayının  20 -də  dünya göz açdığı gündür.
      
 Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan- istefda olan  mayor  Gözəlov Elsevər  Əliəşraf  oğlunu doğum günü münasibətilə  Daxli İşlər Nazirliyinin Daxili   Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları və  iş  yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Elsevər  qoy yaşının  üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
    
Gözəlov  Elsevər Əliəşraf   oğlu   1970 - ci  ilin iyul ayının  20- də Lənkəran  şəhərində  zəhmətkeş bir ailədə anadan olub.
     
1987 - ci ildə   Lənkəran  şəhər internat     orta məktəbi,  1995 - cı ildə isə  Bakı Kənd Təsərrüfatı Akademiyasının   bitrib. 

Elsevər Gözəlov     Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində  bir çox təlim- metodiki toplanışlarda, nümunəvi -göstərici məşğələlərdə,  xüsusi- taktiki təlimlərdə , komanda qərargah məşqilərində,müvafiq ixtisas artırma  kurslarında, seminar və konfranslarda fəal iştirak edib.
    
O,1988- 1990 - ci illərdə Sovet Ordusunun  Petropavlovsk-Kamçatka  diyarında yerləşən  hərbi hissələrin  birində  müddətli həqiqi hərbi xidmətə olub.
  
1994- 2012- ci     illərdə  Din-in Daxili Qoşunlarının Lənkəran rayonunda, Sumqayıt şəhərində, Quba  və Hacıqabul rayonlarında   yerləşən hərbi hissələrində yardımçı təsərrüfatı  rəisi, ərzaq və əşya  xidməti rəisi vəzifələrində Millətə, Dövlətə, Vətənə və Xalqa sədaqətlə xidmət edib.

  Qanunvericiliklə  müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, dövlət əhəmiyyətli obyektlərin və hərbi təchizat  anbarların mühafizəsində,   yaşayış məntəqələrində kütləvi  iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin  kecirilmə yerlərində ictimai asayişin qorunmasında  və ictimai  təhlükəsizliyin təmin olunmasında,  bədbəxt hadisələr,yanğınlar, qəzalar, təbii fəlakətlər və başqa  fövqaladə hallar (fövqalədə  vəziyyət  və komendat saatı ) zamanı hüquqi rejimin təmin edilməsində,  dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib   gedən) döyüşlərdə iştirak edib fəal iştirak edib. Müharibə veteranıdlr.
     
Hərbi və iş yoldaşları Elsevər Gözəlovu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş  hərbi qulluqçu kimi dəyərləndirirlər. Mayor Elsevər Gözəlov   istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsədə  xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.
       
Mayor Elsevər Gözəlov  Daxili işlər orqanlarında  və  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində  bir çox  hərbi qulluqçulara  Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi  Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
      
Öz xidməti və ictimai   vəzifələrinin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri,  döyüş və ictimai - sıyası hazırlığında,idman sahəsində,  hərbi ıntizamın möhkəmləndirilməsində, yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,hərbi hissə komandirinin  müvafiq əmrləri ilə əla və nümnəvi xidmətlərinə  görə  əlacı  və yibiley  döş nişanları ilə, bir cox  fərmanlarla,diplomlarla və qiymətli hediyələrlə mükafatlandırlıb, ona təşəkkür elan olunub və aşağıdakı medallarla təltif edilib:

1.”Azərbaycan Respublikasının  Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubiley medalı ilə;

2.”Azərbagcan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;

3.”Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 10  təqvim ili xidmətə görə;

4.“Quzursuz xidmətə görə” 2-ci dərəcəli  medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

5.”Qusursuz xidmətə görə” 1 -ci  dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  ELSEVƏR  !!!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, 
BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

Azərbaycan Reslubilkasının Silahlı Qüvvələr və Müharibə   Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages