İnsan üçün ən yaddaqalan tarixlərdən biri onun doğum günüdür. Belə insanlardan biri də, peşəkarlığı, hümanistliyi, sədəliyi, səmimiyyəti, dəqiqliyi, təmkinliyi, işgüzarlığı, iradi və mənəvi keyfiyyət ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 26 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirmiş, Azərbaycan Reslubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı- ehtiyatda olan mayor Şabanov Azər Bəhlul oğludur. İyul ayının 24 - də onun dünya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan Silahlı Qüvvələr və Müharibə Veteranı- ehtiyatda mayor Şabanov Azər Bəhlul oğlunu doğum günü münasibətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,
doğmaları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Azər qoy yaşının üstə gələn bu yaş da sənə sevincdolu illər bəxş etsin, hər yeni günü isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Mayor Şabanov Azər Bəhlul oğlu 1974 - cü ilin iyul ayının 24 də Azərbaycan Respublikasının Salyan rayonun Kürqaraqaşlı kəndində zəhmətkeş bir ailədə anadan olub.
1991 - ci ildə Salyan rayon Təhsil şöbəsi üzrə Kürqaraqaşlı kənd tam orta məktəbi, 1995 - ci ildə Bakı Ali Hərbi Birləşmiş Komandirlər məktəbində zabitlərin hazırlığı kursunu, 2002 - ci ildə isə Azərbaycan Politexnik Ünverstetini bitrib.O, Din-in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki- təlim toplanışlarda, xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
1992-1995 - ci illərdə Azərbaycan Ordusunun Murovdağda yerləşən hərbi hissəələrin birində müddətli həqiqi hərbi xidmətə olub. 1996 - 1999 -cü ilərdə Azərbaycan Ordusunun Murovdağda yerləşən hərbi hissələrində taqım komandiri, böluk komandirinin tərbiyəvi işlər üzrə müavini, böluk komandiri vəzifəsində olub.
2003-2021 - ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsinin Xətai, Lənkəran, Bərdə, Hacıqabul və Binəqədi rayonlarında yerləşən hərbi hissələrində taqım komandiri, böluk komandirinin texniki hissə üzrə müavini, böluk komandiri, tabor komandirinin texniki hissə üzrə müavini, avtomobil və zirehli texnika xidmət rəisi vəzifələrində Vətənə,Dövlətə və Xalqa sədaqətlə xidmət edib.
Azər Şabanov Silahlı Qüvvələrdən ehtiyata buraxldıqdan sonra Azərbaycan Respublikası " Azərsu " Açıq Səhmdar Cəmiyyətinin 2 saylı Nəqliyyat və xüsusi texnika idarəsində mexanik vəzifəsində çalışır.
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən vaxtında gəlmişdir. Müharibə Veteranıdır.
Mayor Azər Şabanov Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , şəhərdə və yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictmai asayişin təmin edilməsində və ictimai asayişin qorumasında, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş qəzaların, yanğınların, bədbəxt hadisələrin və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Xidməti vəzifə borclarının icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri, döyüş və ictimai - siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,korpus,birqada və alay komandirlərinin, ali hərbi məktəb rəisinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltiv olunub, bir cox fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif edilib:
1."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin Veteranı" medalı ilə;
2."Azərbaycan Reslubilkasının Silahlı Qüvvələrinin 90 illiyi (1918 -2008)” yubiley medalı ilə;
3."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 illiyi (1918 -2013)” yubiley medalı ilə;
4."Qüsursuz xidmətə görə"3-cü dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 10.təqvim ili xidmətə görə;
5."Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal ilə- - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
6."Qüsursuz xidmətə görə 1- ci dərəcəli medal ilə- - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
50 İLLİK YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN AZƏR !
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder