Təbrik : Kapitan Mübariz Yahyayev - 57



Daxili İşlər Nazirliyinin  (Din-in) Daxili Qoşunlarının  həyatında öz dəst -xətt olan, yüksək peşəkarlığı dərin zəkası, gözəl nitq qabiliyyəti,sadəliyi,  səmimiyyəti,iradi və mənəvi keyfiyyəti  ilə seçilən,   müharibə veteranı- istefadada olan   kapitan  Yahyayev Mübariz Nadir  oğlunun  iyul ayının  11-də dünya göz açdığı gündür.
      
 Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan- istefada olan kapitan Yahyayev Mübariz Nadir oğlunu doğum günü münasibətilə  Daxli İşlər Nazirliyinin Daxili   Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, doğmaları,əzizləri, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Mübariz  qoy yaşının  üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
    
Yahyayev Mübariz Nadir oğlu   1967 - ci  ilin iyul ayının  11- də  Azərbaycan  Respublikasının    Quba rayonun  Rustov  kəndində zəhmətkeş bir ailədə anadan olub.
     
1982 - ci ildə   Quba rayonun  Rustov kənd orta məktəbiin 8-ci sinifini,  1986 - cı ildə  Azərbaycan Dövlət Rəsamlıq məktəbini,1998-ci ildə isə Türkiyə DUN-in Jandarma Baş Komandanlığının ali hərbi məktəbini (xüsusi təynatlı bölmələrin hazırlığı  ixtisası üzrə) bitrib. O, Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində  bir çox təlim- metodiki toplanışlarda,nümnəvi-göstərici məşğələlərdə  xüsusi- taktiki təlimlərdə , komanda qərargah məşqilərində,müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
    
Mübariz Yəhyayev 1986-1988-ci illərdə Sovet Ordusunun Gürcüstan Respublikasında yerləşən hərbi hissələrinin birində müddətli həqiqi hərbi xidmətdə olub.1989-1991 -ci illərdə Daxili işlər orqanlarında calışıb.   1992- 2001-ci İllərdə  Daxili Qoşunların Baş İdarəsinin  Binəqədi, Ağdam, Füzuli, Qaradağ və Xəzər rayonlarında yerləşən hərbi hissələrdə  taqım komandiri,bölük komandirinin müavini, xüsusi təynatlı  bölüyün komandiri,kicik mütəxəsislər hazırlayan tədris bölüyün komandiri- baş müəllim  vəzifələrində Millətə,Dövlətə, Vətənə və Xalqa sədaqətlə xidmət edib.Mübariz 2001 -ci illin dekabr ayında “Hərbi xidmətkeçmə haqqında”əsasnamənin 156-cı maddəsinin v) bəndinə əsasən xəstliyə  görə Din-in Daxili Qoşunların Baş İdarəsindən Silahlı Qüvvələrə ehtiyata buraxlıb.Hal- hazırda  Mübariz Yahyayev ARDNŞ-nin Neft-Qaz cıxarma idarəsindən işləyir.
     
Mübariz Yahyayev Azərbaycan Respubilkasının ərazi bütövlüyü uğrunda (Goronboy,Şuşa, Ağdam, Ağdərə, Füzuli və Cabrayıl rayonları istqamətində gedən döyüşlərdə)   üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

Kapitan  Mübariz Yahyayev  Goronboy və Ağdam rayonlarının ərazi bütövlüyü uğrunda  gedən döyüşlərdə 2 (iki) dəfə   yaralanıb.Müharibə  veteranıdır.
      
Mübariz Yahyayev  Qanunvericiliklə müəyyən edilmiş qaydada  Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,dövlət əhəmiyyətli obyektlərin mühafizəsində,   yaşayış məntəqələrində kütləvi  iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin  kecirilmə yerlərində ictimai asayişin təmin edilməsində və ictimai  təhlükəsizliyin təmin olunmasında,qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa  fövqalədə hallar (hərbi vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
     
Hərbi və iş yoldaşları Mübariz Yahyayevi vətənp ərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş  hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsədə  xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.
       
Kapitan Mübariz Yahyayev  öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
      
Xidməti və ictimai  vəzifələrin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri,  döyüş və ictimai - sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin,hərbi məktəb rəisinin  müvafiq əmrləri ilə əla və nümnəvi xidmətlərinə  görə bir sıra medallarla döş  və yibiley nişanları ilə təltif olunub, bir cox  fərmanlarla,diplomlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  MÜBARİZ!!!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, 
BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan  Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı  polkovnik Salman Musayev 

Hiç yorum yok:

Yorum Gönder

Pages