Təbrik: Kapitan Aslan Aydınov- 57




      
İnsan üçün ən yadda qalan tarixi günlərdən biri onun doğum günüdür.  Belə insanlardan biri də  peşəkarlığı, humanistliyi, səmimiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün 13 - ilini hərbi xidmətə həsir etmiş  Aydınov Aslan Qəzənfər oğlunun iyul ayının  21  də doğum günüdür.

 Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin üzvü,müharibə  veteranı -istefada  olan kapitan  Aydınov Aslan Qəzənfər oğlunu doğum günü münasibətilə  Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarının istefada və ehtiyatda    olan zabitləri, doğmaları, əzizləri, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara,  həyatda insan üçün ən şirin  nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib -- tükənməyən naliyyətlər arzu edib deyirlər, Aslan qoy yaşının  üstə gələn bu yaş da  sizə sevincdolu illər bəxş etsin,  hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
    
Müharibə veteranı- istefada olan kapitan Aydınov  Aslan Qəzənfər oğlu  1967 -ci ilin  iyul ayının  21 - də  Azərbaycan Respublikasının  Qazax rayonunun  Kosalar kəndində zəhmətkeş bir ailədə anadan olub.
      
1984 - cü ildə  Qazax rayonun kosalar kənd orta məktəbini, 1992 - ci ildə  Azərbaycan Dövlət  Pedokoji Universitetini,  1999 - cu ildə isə Daxili Qoşunların Bas İdarəsinin döyüş hazırlığı idarəsinin   Xəzər rayonunda yerləşən təlim- tədris mərkəzini
(zabitlərin  ixtisas artırma kursu üzürə) bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir cox  təlim- metodiki toplanışlarda, hərbi və  xüsusi - taktiki təlimlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
        
1984 - 1986 -cı illərdə Sovet Ordusunuda müddətli həqiqi hərbi xidmətə olub.  1992 - 2003 -cü illərdə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların  Bas İdarəsinin  Gəncə şəhərində,  Ağdam, Füzuli,  Xətai və  Hacıqabul rayonunlarda yerləşən hərbi hissələrində taqım komandiri,  böluk komandirinin  müavini  və böluk komandiri vəzifələrində Millətə,Dövlətə,Vətənə  və Xalqa sədaqətlə xidmət edib. 2004 - cü ildən etibarən isə  Bakı şəhər Təhsil İdarəsi üzrə  Paşa Nəzərov adına   60 - nömrəli tam orta məktəbdə cağrışa qədərki hazırlıq rəhbəri  (fiziki tərbiyə və  gənclərin  cağrışaqədər  hazırıq müəllimi) vəzifəsində çalışır.
       Azərbaycanın ərazi bütövlüyü uğrunda ( Ağdam,  Ağdərə, Füzuli  və Cəbrayıl rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Müharibə Veteranıdır.
       
O,  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
       Qanunvericilik lə  müəyyən edilmiş qaydada  Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, dövlət obyektlərin və hərbi təchizat anbarların mühafizəsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai təhlükəsizliyin təmin edilməsində və ictimai asayişin qorunmasında, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi  iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində,qəzalar, yanğınlar, bədbəxt hadisələr,təbii fəlakətlər  və başqa  fövqalədə hallar  (fövqəladə vəziyyət  və komendant saatı) zamanı hüquqi rejimin təmin edilməsində, dövlətətin ərazi bütövlüyünün təmin olunmasında, üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
       

Aslan Aydınov öz xidməti və ictimai vəzifələrinin icrası zamanı xüsusi  və qusursuz xidmətlərinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin, hərbi hissə komandirinin  müvafiq əmrləri ilə “əla xidmətlərə  görə”  əlacı   və yubiley döş nişanları ilə, bir cox  fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşagıdakı  medallarla təltif olunub:

1.”Qusursuz xudmətə görə” 3-cü dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;

2.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin  10 illiyi (1991-2001)” yubiley medalı ilə;

3.”Böyük zəfər”  medalı ilə;

4.”Azərbaycan Respubilkasının  Silahlı Qüvələrinin  100 illiyi (1918- 2018)” yubiley medalı ilə;

5.”Azərbaycan Respubilkasının  müharibə veteranı”  medalı ilə;

6.”Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin 25 (1994- 2019)”  illiyi yubiley  medalı ilə.

DOĞUM GÜNÜN  MÜBARƏK,  ASLAN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı  polkovnik Salman Musayev




Hiç yorum yok:

Yorum Gönder

Pages