Təbrik :Əhli Həbiyev - 61







İnsan üçün ən yaddaqalan tarixlərdən  biri onun doğum günüdür.  Belə insanlardan biri də yüksək peşəkarlığı, humanistliyi,xeyirxahlığ,iradı, sadəliyi, səmimiyyəti, dəqiqliyi, təmkinliyi, işgüzarlığı, mənəvi keyfiyyəti,  vətənpərvərliyi və təcövzkarlığı ilə secilən,  müharibə veteranı  Həbiyev Əhli Həbibulla oğludur.  İyul ayının  6 -da onun  dünya göz açdığı gündür. 
     
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  Xətai rayon şöbə sədrinin təşkilati məsələlər üzrə müavini  Əhli  Həbiyevi doğum günü münasibətilə  Azərbaycan Vətən Müharibəsi Veteranları  İctimai Birliyinin rəhbərliyi,bakmiltv. infonun kollektivi,  doğmaları,əzizləri,yaxınları,iş    və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər, Əhli qoy  yaşının üstə gələn bu yaş da sizə, sevincdolu illər bəxş etsin, hər yeni günn isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin daha da xoşbəxt etsin.
     
1963 - cü ildə  Azərbaycan Respublikasının  Saatlı rayonunun  Qaracalar kəndində zəhmətkeş bir ailədə anadan olub .
     
1980- ci ildə  Saatlı rayon təhsil İdarəsi üzrə  Qaracalar kənd orta məktəbi,  1986 - cı ildə isə  Bakı Saneye və Neft  texnikomunu bitirib.
     
1981- 1983-cü illərdə  Sovet Ordusunun Almaniyada yerləşən hərbi hissələrin birində   müddətli  həqiqi hərbi xidmətə  (manqa komandiri  vəzifəsində) olub.
    
1991 - 1994 - cü illərdə  Azərbaycan Respublikasında  ilk yaradılmış Əlahiddə  Şıxov Könülər  taborunun və Azərbaycan Ordusunun tərkibində taqım komandiri vəzifəsində  Azərbaycan ərazi bütövlüyü uğrunda  ( Ağdam, Ağdərə,  Kəlbəcər,  Şuşa,  Cəbrayıl,  Tərtər və Qubadlı rayonları istiqamətlərində gedən döyüşlərdə  bir taqım komandiri kimi üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. 

O, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə   2  dəfə (28 dekabr  1991 -ci ildə Şuşa şəhəri,  26 avqust  1993 - cü ildə isə  Lacın rayonu  uğrunda gedən döyüşlərdə)yaralanıb.
    
44 günlük vətən müharibəsi dövründə   Əhli Həbiyev  könüllü olaraq  hərbi qulluqçularmızın yanında olaraq onlara maddi və mənəvi köməklik göstərmişdir.
    
 Hərbi və doyüşcu yoldaşları onu  vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsə də  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.
    
Xidməti və ictimai vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Azərbaycan Ordusunun Baş Qərargah rəisinin,  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin, xidmət etdiyi hərbi hissənin komandirinin,  AVMVİB-in  Xətai rayon şöbə sədrinin müvafiq əmrləri ilə bir sıra  xatirə medalları ilə və yubiley döş  nişanları ilə, bir cox fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

ƏHLİ  DOĞUM GÜNÜN   MÜBARƏK !!!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!


Hiç yorum yok:

Yorum Gönder

Pages