Təbrik: Elman Şamayev - 51



    
İnsan üçün ən yadda qalan tarixlərdən  biri onun  doğum günüdür. Belə insanlardan biri də, torpaqlarmızın müdafiəsində  və azad edilməsində  Din-in Daxili Qoşunların  hərbi qulluqcuları ilə  birgə vuruşmuş,Qarabağın və onun ətraf bölgələrinin düşməndən  təmizlənməsində öz xidməti vəzifə  borclarını  şərəflə  yerinə yetirmiş, Azərbaycan Resıubilkası Silahlı Qüvvələri  və 
Müharibə Veteranı- ehtiyatda  olan gizir Elman Şamayevdir. İyul ayının  25  - də  onun dünya göz açdığı gündür.
      
Daimi həyatın  imtahanlarından alnıaçıq və üzüağ çıxan Elman Şamayevi   doğum günü münasibətilə Din-in Daxili Qoşunların hərbi vəzifəliləri, iş və döyüşcü yoldaşları   səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər,Elman qoy yaşının üstə gələn bu yaş da  sizə sevinc dolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.    

 Təcürbəli, qoruxmaz döyüşçü kimi  yetişmiş, həm də silahdaşlarının ən etibarlı sağlamlıq keşikçisinə cevrilmiş   Şamayev Elman Yusif oğlu 1973-cü ilin iyul ayının 25 də  Tovuz rayonunun Aşağı Ayıblı kəndində zəhmətkeş bir ailədə  anadan olub. 

Vətənmizin etibarlı keşiyini çəkən döyüşçü Elman Şamayev 1992-1994 - cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə,Cabrayıl və Füzuli rayonları istiqamətlərində) gedən döyüşlərdə   iştirak edərək, əsl sanitar təlimatcı kimi üzərinə düşən vəzifə və tapşırıqları şərəflə yernə yetirmişdir.Bu ölum-dirim müharibəsində düşmənə  xeyli itki verərək, Ağdam rayonun  Qazanclar kəndi uğrunda gedən  ağır döyüşlər zamanı sağ kürək nahiyəsindən ağır yaralanmışdır.O, 2-ci qrup  müharibə  əlildir.
2005-ci ilin dekabr ayında  “Hərbi xidmətkecmə haqqında” əsasnamənin  156 madəsinin v) bəndinə əsasən (xəstəliyə görə) Azərbaycan Respubkası   Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından ehtiyata buraxlıb.   

Elman Şamayev Azərbaycan Respubilkasının Konstitusiyasına və qanunlarına  əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamları dəqiq və sözsüz yerinə  yetirilməsi işində bir çox hərbi qulluqculara şəxsi nümünə  olmuşdur.

Qanunvericiliklə müəyyən edilmiş qaydada  Daxili Qoşunlara həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində (mühüm dövlət obyektlərin, islah -əmək müəsissələrin və hərbi təchizat anbarların mühafizə olunmasında,yaşayış məntəqələrində  və islah -əmək müəsissələrdə kütləvi iğtişaşların  qarşısının alınmasında,axtarışda olan şəxslərin axtarllmasında və tutulmasında,cinayətkarlığa qarşı mübarizədə, səhərlərdə, yaşayış məntəqələrində və kütləvi idman tədbirlərin kecirilmə yerlərindəictimai asayişin qorunmasında və ictimai təhlükəziliyin təmin edilməsində, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa   fövqəlada  hallar (fövqaladə vəziyyət  və komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsinə, üzərinə düşən vəzifə və rapşırıqları  layıqınca yernə yetirmişdir. 

 Elman Şamayev 1992- 2005-ci illərdə Din-in Daxili Qoşunların hərbi hissələrində Millətə,Dövlətə, Vətənə və Xalqa sədaqətlə xidmət etdiyi ilər ərzində öz xidmət və ictimai vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə və  nümnəvi  xidmətlərinə  görə  bir sıra    medallarıla, əlacı döş və yubiley nişanları ilə təltif olunub,bir çox  fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb, ona təşəkkür elan edlib və adı hərbi hissənin Fəxri kitabına  yazlıb.

ELMAN DOĞUM GÜNÜN  MÜBARƏK !!!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

Azərbaycan  Respublikasının Silahlı Qüvvələr və  Müharibə Veteranı  polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages