Bu gün daha bir silahdaşımızın — AVMVİB Balakən rayon şöbəsinin sədri Aydın Abdullayevin doğum günüdür.
Hər zaman humanistliyi və sadəliyi ilə seçilən sadə insan, Vətən müharibəsi veteranı, «Azərbaycan Bayrağı» ordenli istefada olan mayor Aydın Abdullayevin yubileyidir. Bu gün — iyul ayının 3-də onun 65 yaşı tamam olur.
AVMVİB sədrinin təşkilati işlər üzrə sədr müavini Vahid Abdurəhmanovun verdiyi məlumata görə, bu gün Aydın Abdullayevə təşkilatın işlərində və ictimai işlərdə göstərdiyi səmərəli fəaliyyətinə görə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.
Azərbaycan Vətən Müharibəsi Veteranları Ictimai Birliyinin rəhbərliyi, yubilyarın yaxınları və doğmaları, iş və döyüş yoldaşları, dostları Aydın Abdullayevi təbrik edir, yubilyara cansağlığı, uzun ömür, işlərində nailiyyətlər arzulayır.
Hiç yorum yok:
Yorum Gönder