Suraxanı Rayon İcra Hakimiyyəti (RİH) Rayon təsərrüfatı şöbəsinin müdiri Hüseynov Mehman Elman oğlunun vəzifədən azad edilməsinə münasibət bildirib.
RİH-dən Pravda.az-a daxil olan məlumatda bildirilib ki, M.Hüseynov bir neçə gün öncə deyil, bu ilin may ayının 14-də öz ərizəsi ilə işdən çıxıb.
Yəni qurumun açıqlamasından belə görünür ki, əmri A.Əliyev deyil, əvvəlki icra başçısı Əziz Əzizov imzalayıb.
Zəruri qeyd: Prezident İlham Əliyevin iyulun 8-də imzaladığı sərəncamla Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. A.Əliyevin təyinatınadək M.Hüseynov rayon icra hakimiyyətinin rəsmi saytında şöbə müdiri kimi göstərilirdi.
***
09:08
Suraxanı Rayon İcra Hakimiyyətinin Rayon təsərrüaftı şöbəsinin müdiri Hüseynov Mehman Elman oğlu vəzifəsindən azad edilib.
Pravda.az-ın xəbərinə görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Hələlik həmin vəzifəyə təyinat yoxdur.
Qeyd: Prezident İlham Əliyevin iyulun 8-də imzaladığı sərəncamla Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Hiç yorum yok:
Yorum Gönder