Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədilə Qaraçuxur məscidində təşkil olunmuş könüllü qanvermə aksiyasında Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Mühafizə İdarəsinin rəisi Arif Məmmədov, RİHB-nin müavinləri, rayon ictimaiyyəti iştirak edib.
Hər bir donorun sağlamlığı həkim-hematoloqlar tərəfindən öncədən yoxlanılmış və tibbi müayinədən sonra qan götürülmüşdür.
Qana ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunması məqsədilə təşkil olunmuş və artıq ənənə halını almış bu humanist aksiyada iştirak edən hər kəsə İcra Hakimiyyəti adından minnətdarlığımızı bildiririk.
Hiç yorum yok:
Yorum Gönder