Sumqayıt sakinini aldadıb 20 min manatdan çox pulunu aldılar



Sumqayıt şəhər sakini olan bir nəfərin aldadılaraq 21500 manat pulunun alınması barədə polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri təbirlərlə dələduzluq əməlində şübhəli bilinən A.Əmrahov saxlanılıb. 

Sumqayıt ŞPİ  3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri təbirlərlə isə şəhər sakini olan bir nəfərin 600 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.
 
Hər iki faktla bağlı araşdırma aparılır.

Hiç yorum yok:

Yorum Gönder

Pages