Sosial şəbəkələrdə dələduzluqla məşğul olan şəxslərin məsuliyyəti




Azərbaycan  Respublikasının Silahlı Qüvvələr və  Müharibə Veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev  


Sosial şəbəkə dələduzlarını hansı cəza gözləyir?
  Sosial şəbəkələrdə dələduzluq halları artmaqda davam edir. İnsanların inamından və məlumatsızlığından istifadə edərək müxtəlif yardım kampaniyaları adı altında onları aldadır, bank hesablarını ələ keçirərək maddi ziyan vururlar. Bəzən bu cür dələduzluq əməlləri cəzasız qalır və sui-istifadə hallarına yol açır:
Qanunvericiliyə əsasən dələduzluq cinayət əməli hesab olunur:
“Cinayət Məcəlləsinin 178-ci maddəsində göstərilir ki, aldatma və etibardan sui-istefadə etməklə özgə əmlakını mənimsəmə dələduzluq faktıdır. 500 manatdan 5 min manatadək və daha yüksək məbləğdə olan dələduzluq fakları cinayət işinin açılması üçün əsasdır. 500 manatadək olan dələduzluq hallarında isə cinayət işi başladılmır. Bu, xırda talama hesab olunur və inzibati tərkib yaradır. Zərərçəkmiş şəxslər bununla bağlı polis orqanlarına və məhkəməyə müraciət edə bilərlər”.
Dələduzluq hallarını sübuta yetirmək heç də asan olmur:   
“Kiçik dələduzluq hallarında əməli törədən şəxs zərərçəkmişə dəyən ziyanı ödəyirsə, məsuliyyətə cəlb olunmur. Böyük məbləğ təşkil edən dələduzluq halları isə cinayət tərkibi yaradır, dəyən maddi ziyan ödənməzsə şəxs haqqında cinayət işi açılır. Təəssüf ki, kiçik məbləğdə olan dələduzluq hallarında polis çox vaxt məsələyə müdaxilə etmir. Vətəndaşlar gərək bu məsələlərdə diqqətli olsunlar. Sosial şəbəkələrdə fırıldaqçılıq halları artıb, bankların adından vətəndaşları aldadaraq hesablarını ələ keçirirlər. Bir çox halda isə zərərçəkənlər bu cür dələduzluq hallarına öz qohumları, tanışları tərəfindən məruz qalırlar. Ümumiyyətlə, aldadılan və ya etibarından sui-istifadə edilən şəxs öz əmlakını digər şəxsə könüllü surətdə verir, yəni yalan vədlərə inanır. Bunu sübuta yetirmək çox çətindir. Burada heç bir məcburiyyət, zorakılıq halı müşahidə edilmir, cinayət motivi yoxdur. Əməli törədən şəxs öncədən aldatmaq niyyətində olur və fikrində bunu planlayır. Maddi sübutlar olmadığı üçün hüquq-mühafizə orqanları əməli törədən şəxsin bu niyyətini ifşa edə bilmir, ona görə də dələduzlar asanlıqla məsuliyyətdən yayınır”. 

Hiç yorum yok:

Yorum Gönder

Pages