Slavyankada “qoçular” peyda olub



Gədəbəy rayonu yüksək mədəniyyətə malik ziyalıları, həmçinin, zəhmətkeş insanları ilə tanınır. Rayonun Slavyanka kəndində istehsal edilən mineral suyun adı və dadı dillər əzbəridir. Sən demə, Slavyanka kəndini həm də “qoçular” məşhurlaşdırıb. Belə ki, Süleyman Sayadov adlı bir şəxsin tapşırığına əsasən kənd sakinləri mütəmadi olaraq dava-dalaş səhnələri ilə qarşılaşırlar.  Süleyman kişi gücü çatdığına zərbələr endirib zəiflədir, gücü çatmadıqlarını isə yaratdığı qoçu dəstəsi vasitəsilə şil-küt etdirir.  İyulun 10-da 7 nəfərdən ibarət quldur dəstəsi kənd sakini Elmar Abbasovun yaşadığı mənzilə hücum edib. Balta, bıçaq və digər kəsici-deşici alətlərlə hücum edən şəxslər Elmar Abbasov, Solmaz Abbasova və İncinaz Ələkbərovaya ciddi bədən xəsarətləri yetiriblər. Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları Slavyankada əməliyyat keçirib.Saxlanılanlar var. Məlum olub ki, hadisəni Fərhad, Rasim, Murad Alıyev qardaşları və hələlik adı istintaqa bəlli olan digər şəxslər törədiblər.
Hazırda ilkin istintaq tədbirləri görülür.
Qeyd: biz, Süleyman Sayadovun da mövqeyini öyrənməyə hazırıq.
Şamil Sabiroğlu, jurnalist.
Bakı, 12.07.2024.

Hiç yorum yok:

Yorum Gönder

Pages