Səfərov Mehman Məmmədəli oğlunun “ANIM GÜNÜDÜR ”




 Azərbaycan Vətən evladının Neftçala rayonunun Qəhraman Evladı Şəhid Səfərov Mehman Məmmədəli oğlunun  “ANIM GÜNÜDÜR ”
Mehman Səfərov Neftçala rayonunun 1-ci Qarabağ döyüşlərində şəhid olan ilk şəhididir.

ŞƏHİD Səfərov Mehman Məmmədəli oğlu 12.04.1972-ci il tarixində Neftçala rayonunda anadan olmuşdur. 
ŞƏHİD Səfərov Mehman Məmmədəli oğlu  Neftçala şəhər İnternat məktəbində və Bakı şəhərində yerləşən Mədəni-Maarif Texnikomunda təhsil alıb. 
 ŞƏHİD Səfərov Mehman Məmmədəli oğlu  M/N tərkibindəki 701, 710 saylı h/hissədə, cəbhənin ön xəttində xidmətə başlamışdır. 
ŞƏHİD Səfərov Mehman Məmmədəli oğlu   16.07.1992-cü ildə Kəlbəcər rayonu ətrafında gedən döyüşlərdə, döyüş əmirini yerinə yetirərkən Şəhid olmuşdur.
ŞƏHİD Səfərov Mehman Məmmədəli oğlu müqəddəs ruhu şaddır , Çünki onların qanı tökülən torpaqlarda Azərbaycanın şanlı Bayrağı dalğalanır. Məzarı 19.07.1992-ci ildə Neftçala şəhər qəbristanlığında defin edilmişdir.  

Allah bütün Şəhidlərin Ruhunu Şad eləsin Amin !!!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev 90 min müharibə veteranı və  “Qocalar Döyüşə Gedir” qrupu adından şəhid ailələri «Başın sağolsun, Vətən» deyib Şəhid ailəsinə və yaxınlarına səbr diləyirik.
Hörmətlə: Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala rayon şöbə sədri Mübariz Eldar oğlu Hüseynov

Hiç yorum yok:

Yorum Gönder

Pages