Şair-publisist Elman Gədikli Cənub bölgəsinin Azərbaycan xalqına bəxş etdiyi xeyirxah insanlardan biridir.



Elman Gədikli həm də peşəkar jurnalistdir. Biz onunla mütəmadi görüşə bilməsək də bir-birimizin uğurlarına sevinən insanlarıq.Elman müəllimin qələmə aldığı bir şeiri dəyərli oxucularla bölüşürəm. Əziz insan, Allah - Təala o gözəl qəlbinə görə versin, övladların xoşbəxt olsun.Amin.

Hörmətlə,
Şamil Sabiroğlu,
Bakı, 16.07.2024.

TANRI XATİRİNƏ,  BİR AZCA DURUN!

Bir qum saatının son anıyam mən, 
Bir itkin məzarın ünvanıyam mən,
Bir doğru dünyanın yamanıyam mən,
Dünya can gəzdirir,təpər qalmayıb.

Özümə nə gəldi üzümdən gəldi,
Üzümdən gələnlər gözümdən gəldi,
Özümü azdırdım, izimdən gəldi,
Üz-göz arasında bir sirr qalmayıb.

Bu,necə sitəmdi,necə sevgidi?
Yer yalan üstündə açıq sərgidi.
Dünyanın alt-üstü dərdə hörgüdü,
Daha and içməyə səhər qalmayıb.

Ağını çıxartı-çox ağ elədi,
Bir dərdi içimdə min tağ elədi,
Nədən ömrə güldü,hey lağ elədi?
Ümidi gətirən xəbər qalmayıb.

Tanrı xatirinə,bir azca durun,
Mən ögey deyiləm,məni də görün,
Vurmaq istəyəndə üzbəüz vurun,
Daha kürəyimdə bir yer qalmayıb.

Hiç yorum yok:

Yorum Gönder

Pages