Sabiq döyüşçü Etibar Vəliyevin doğum günüdür!




I və II Vətən müharibəsinin qəhrəmanlarından biri, ehtiyatda olan mayor Etibar Vəliyevin doğum günüdür. Etibar müəllim qəhrəmanlığı ilə öyündüyümüz Tovuz rayonu Əlibəyli kəndinin yetirməsidir. Bu kəndin, həmçinin, Tovuz rayonunun Ağdam kəndinin əhalisi, bütövlükdə, bölgənin müdafiəçiləri istər I, istərsə də II Vətən savaşında düşmənə sinə gərmişdilər. Allah-Təala cəmi şəhidlərimizin və dünyasını dəyişənlərimizin ruhlarını şad eləsin.Amin.
Dəyərli Etibar müəllim, 19 iyul Sizin doğum gününüzdür.Bu əlamətdar gün münasibətilə Sizi təbrik edir, ən xoş arzularımı bildirirəm.

Hörmətlə,
Şamil Sabiroğlu, jurnalist.
Bakı, 19.07.2024.

Hiç yorum yok:

Yorum Gönder

Pages