22 iyul-Milli Mətbuat işçiləri günüdür.Biz təkcə bu gün deyil, hər gün dünyasını dəyişənlərimizi, xüsusən də Azərbaycan milli mətbuatının inkişafı naminə külüng çalanları yad etməliyik.Çoxdu onlar. Ancaq bu gün "Səhər" qəzetinin sabiq baş redaktoru, Əməkdar Mədəniyyət işçisi Məzahir Süleymanzadəni xatırladacam.1991-1994-cü illərdə işıq üzü görən və milyonların rəğbətini qazanan "Səhər" in yaradıcısı Məzahir Süleymanzadə idi. Redaksiyanın işgüzar kollektivi oxucuların marağına səbəb olan yazılar, xəbərlər dərc edərdi.
Məzahir müəllim və onun rəhbərlik etdiyi
Redaksiya bir məktəb idi-"Səhər" məktəbi! Ruhun şad olsun, Ustad Məzahir Süleymanzadə!
Şamil Sabiroğlu, jurnalist.
Bakı, 22.07.2024.
Hiç yorum yok:
Yorum Gönder