Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinə yeni rəis təyin edilib.
Bakmiltv.info lent.az-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenant Elçin Xasiyev Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəsi təyin edilib.
E.Xasiyev bu təyinata qədər Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi vəzifəsini tutub.
Qeyd edək ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev bir müddət əvvəl təqaüdə göndərilib.
Hiç yorum yok:
Yorum Gönder