Qohumların əleyhinə ifadə verməyə məcbur etməyə yol verilməməsinin əsasları.




 Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı,peşəkar hərbici  və hüquqşünas polkovnik Salman Musayev 


Şəxs özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilərmi? 
Xeyr. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 20-ci maddəsinə əsasən, heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz
Heç kəs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz
Cinayət-Prosessual Məcəlləsinin 148-ci maddəsi ilə cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması tənzimlənir. Bu maddəyə əsasən cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması onun cinayət törətməsinə bilavasitə şübhə yarandığı və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduğu hallarda həyata keçirilir (148.1). Şəxsin cinayət törətməsinə bilavasitə şübhə yarandıqda təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokuror onun tutulmasını  şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalandıqda, zərər çəkmiş, yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərdikdə, şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda tətbiq edə bilər. (148.2)

Şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduqda, o, təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokuror tərəfindən hadisə yerindən qaçıb gizlənməyə, yaxud cinayət prosesini həyata keçirən orqandan gizlənməyə cəhd göstərdikdə, daimi yaşayış yeri olmadıqda və ya başqa ərazidə yaşadıqda, şəxsiyyəti müəyyən edilmədikdə aşağıdakı hallarda tutula bilər. Bu Məcəllənin 148.1 və 148.2-ci maddələrində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda tutulma müvafiq cinayət işi başlananadək həyata keçirilə bilər. Cinayət işinin başlanmasına dair qərar şəxsin tutulduğu andan 24 saat keçənədək qəbul olunmazsa, tutulmuş şəxs dərhal azad olunmalıdır.  Cinayət törətməkdə şübhəli olduğu üçün tutulmuş şəxsin müvəqqəti saxlama yerində saxlanılması cinayət prosesini həyata keçirən orqanlar tərəfindən tərtib edilmiş tutulma haqqında protokol əsasında həyata keçirilir.  Bu maddənin digər bəndlərində isə qeyd edilib ki, cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması, bu Məcəllənin 148.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, 48 saatdan artıq davam edə bilməz. Həmin müddət keçənədək tutulmuş şəxsə ittiham elan edilməli, həbslə bağlı prokurorun təqdimatı olduqda isə o, məhkəməyə gətirilməli, məhkəmə təxirə salmadan işə baxmalı və həmin şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və ya onun azad edilməsi haqqında qərar çıxarmalıdır. Bəs 146.7  maddəsində nə öz əksini tapıb? Bu maddədə qeyd edilib ki,  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 102, 114, 120.2.11, 169, 214, 214-1, 214-3, 215.3, 217, 218, 219, 219-1, 220, 274, 275, 276, 277, 279, 280, 282 və ya 283-1-ci maddələri ilə istintaqı aparılan cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərin sayının çoxluğu, işin xüsusi mürəkkəbliyi və ya toplanmış materialların həcminin böyüklüyü bu Məcəllənin 148.6-cı maddəsində nəzərdə tutulan hərəkətlərin 48 saat müddətində həyata keçirilməsinə mane olduqda, həmin müddət müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə 48 saatdan artıq olmayan müddətə uzadıla bilər.

Yol-nəqliyyat hadisəsi iştirakçılarından hər hansı birinin CPM-nin 148-ci maddəsinə (Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması) uyğun olaraq tutulması zəruri hesab edildikdə, həmin şəxsin şübhəli şəxs statusu (CPM-nin 90.1.2-ci maddəsi), digər hallarda isə sonradan şübhəli və ya təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və yaxud şahid statusu yarana bilər. CPM-nin müddəalarına əsasən isə şübhəli və ya təqsirləndirilən şəxslər, eləcə də şahidlər özünə və yaxın qohumlarına qarşı ifadə verməkdən azaddırlar.

Belə ki, CPM-nin 90.9 və 91.7-ci maddələrinə görə şübhəli şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə, şübhəli şəxsin üzərinə verdiyi ifadəyə və ya izahata görə heç bir məsuliyyət qoyula bilməz. Təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə, təqsirləndirilən şəxsin üzərinə verdiyi ifadəyə və izahata görə heç bir məsuliyyət qoyula bilməz.. CPM-nin 95.6.4-cü maddəsinə əsasən isə şahid özünə və yaxın qohumlarına qarşı ifadələrin verilməsindən, materialların və məlumatların təqdim olunmasından imtina etmək hüququndan istifadə edə bilər.

 Göründüyü kimi, CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin həmin Məcəllənin 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda hadisə yerində qalması vəzifəsi, cinayət prosesinin hər hansı mərhələsində gələcək statusundan asılı olmayaraq nəqliyyat vasitəsini idarə edən şəxsə Konstitusiyanın 66-cı maddəsindəki özünə qarşı ifadə verməmək hüququndan istifadə etmək üçün maneçilik törətmir. Bu hal ibtidai araşdırmanı aparan orqanlar tərəfindən yuxarıda göstərilən cinayət-prosessual təminatlara səmərəli əməl etmək vəzifəsini yerinə yetirməklə birlikdə həyata keçirildikdə hər hansı şəxsin özünə qarşı ifadə verməmək hüququnun təmin olunması üçün kifayətdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı sürücülərin hadisə yerində qalıb gözləmək vəzifəsini, özünə qarşı ifadə verməyə məcbur etmə ilə eyni mənanı ehtiva edən sinonim anlayışlar kimi göstərmək olmaz. Sözsüz ki, yol-nəqliyyat hadisəsini törədən şəxs nəticə etibarıilə cinayət prosesinin hər hansı mərhələsində özünə qarşı istifadə edilə biləcək ifadə verməyə məcbur edilərsə, bu halı Konstitusiyanın 66-cı maddəsinin müddəalarının (Heç kəs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz. Əleyhinə ifadə verilməsi məcburi olmayan qohumların tam siyahısı qanunla müəyyən edilir) pozulması kimi qiymətləndirmək mümkündür.

Qeyd olunmalıdır ki, qanunverici sürücünün hadisə yerində gözləmə vəzifəsini müəyyən etməklə, yol-nəqliyyat hadisəsində onun təqsirinin olmasını müəyyən etmir.
CM-nin 264-cü maddəsinin (nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması—üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya  iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) dispozisiyasına görə nəqliyyat vasitəsini idarə edən şəxsin cinayət məsuliyyəti yol-nəqliyyat hadisəsi yerindən qaçması və CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda (yəni zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulduqda, onun ölümünə səbəb olduqda, iki və daha çox şəxsin ölümünə səbəb  olduqda) yaranır.




Hiç yorum yok:

Yorum Gönder

Pages