Qardaşını hamamda öldürüb özünü binadan atdı - Qətl baş verən yerdən GÖRÜNTÜLƏR



Abşeron rayonu, Saray qəsəbəsi ərazisində baş vermiş dəhşətli qətlin təfərrüatı məlum olub.

İddialara görə, qardaş hamam otağında qardaşını öldürüb, ardınca pəncərəyə çıxaraq özünü aşağı atıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, ailə binanın beşinci mərtəbəsinə yeni köçüb. Onlar ətrafda kifayət qədər sakit həyat tərzi sürmələri ilə tanınıblar.

23 iyul, 21:52

İyulun 23-də saat 19:00 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində iki şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Oxu.Az xəbəb verir ki, bu barədə Abşeron Rayon Prokurorluğundan bildirilib.

Araşdırma zamanı 1965-ci il təvəllüdlü Mərdan Bağırovun birgə yaşadıqları mənzildə qardaşı 1962-ci il təvəllüdlü Sərxan Bağırova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsi, daha sonra isə özünü binadan ataraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

21:16

Abşeronda qardaş qardaşı bıçaqlayaraq öldürüb, daha sonra intihar edib.

Oxu.Az xəbər verir ki, hadisə "Saray" MTK-da baş verib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu gün gecə saat 1-də Binə qəsəbəsi ərazisində yaşayan 1974-cü il təvəllüdlü Rza Eyyubov kəsici-deşici alətlə əvvəlcə iki azyaşlı oğluna, daha sonra isə özünə xəsarətlər yetirib, azyaşlılardan biri ölüb.


Hiç yorum yok:

Yorum Gönder

Pages