Prezident bu şəxslərə vəzifə verdi - FƏRMAN



“Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs yaradılıb.

 

Bakmiltv.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

 

Eyni zamanda, “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi” və “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edilib.

 

Müşahidə Şurasının sədri

 

Bəşir Hacıyev – Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

 

Müşahidə Şurasının üzvləri:

 

Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini

 

Sarvan Cəfərov – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

 

Namiq Hümmətov – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini

 

Azadə Hüseynova – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini.

Hiç yorum yok:

Yorum Gönder

Pages