Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizədliyini irəli sürdüyü təsdiqlənib. Bu isə ictimaiyyətdə müzakirələrə səbəb olub. Belə bir sual yaranır: səfir və ya hər hansı bir məmur, dövlət qulluqçusu öncəki vəzifəsindən istefa vermədən namizədliyini irəli sürə bilərmi?
Mövzu ilə bağlı Globalinfo.az Mərkəzi Seçki Komissiyasına (MSK) sorğu ünvanlayıb.
Soğumuza cavab olaraq MSK xəbəri təsdiq edib:
“Bəli, Polad Bülbüloğlunun 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizədliyinin irəli sürülməsi təsdiq olunub və ona imza vərəqləri verilib. Seçki qanunvericiliyinin tələblərinə əsasən, dövlət orqanlarında çalışan namizədlər seçki kampaniyalarında iştirak etdikləri müddətdə xidməti vəzifəni yerinə yetirməkdən azad olunurlar. Onlar üç gün ərzində bu barədə müvafiq sənədi onları qeydə almış seçki komissiyasına təqdim edirlər. Bu mərhələ namizədlik irəli sürüldükdə deyil, namizəd qeydə alındıqdan sonra başlayır”.
Hiç yorum yok:
Yorum Gönder