Parisdə Olimpiya kəndində qida çatışmazlığı yaranıb, keyfiyyətsiz yeməklər verilir

Parisdə Olimpiya kəndində qida çatışmazlığı yaranıb, keyfiyyətsiz yeməklər verilir

Böyük Britaniyadan olan idmançılar Parisdəki Olimpiya kəndində qida çatışmazlığından və keyfiyyətsiz yeməklərdən şikayətləniblər.

“Bakmiltv.info” xəbər verir ki, bu barədə Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Endi Enson “Daily Mail” nəşrinə bildirib.

Vurğulanıb ki, idmançılar Olimpiya kəndindəki əsas restorandan narazıdırlar.

“İaşə şirkəti yeməklərin çatdırılmasını sürətləndirmək üçün çalışır. Müəyyən qidalar kifayət deyil: yumurta, toyuq, müəyyən karbohidratlar. Bundan əlavə, idmançılara çiy ət verilir. Halbuki, yeməyin keyfiyyəti vacibdir. İdmançılarımız Klişidəki restoranımızda yemək yeməyə üstünlük verdilər”, - Enson deyib.

Qeyd edək ki, Paris Olimpiadası iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Hiç yorum yok:

Yorum Gönder

Pages