“Osiyek” 5 qolla “Zirə”yə “gözlə, gəlirəm” söylədi



Konfrans Liqasının III təsnifat mərhələsində "Zirə"nin potensial rəqibləri olan "Osiyek" (Xorvatiya) və "Levadia" (Estoniya) arasında ilk görüş keçirilib.

Bakmiltv.info xəbər verir ki, rəqibini 5:1 hesabı ilə darmadağın edən “Osiyek” növbəti mərhələyə yüksəlmək üçün yaxşı şans əldə edib.

“Zirə” ilk matçda Slovakiya təmsilçisi “DAK 1904” üzərində 4:0 hesablı qələbə qazanıb.

Bu isə o deməkdir ki, ilk görüşlərdən sonra növbəti mərhələdə “Osiyek” - “Zirə” cütünün formalaşmaq şansı böyükdür. Bu halda təmsilçimiz ilk oyununu səfərdə keçirəcək.

Hiç yorum yok:

Yorum Gönder

Pages