Ölən şəxs 45 dəqiqə sonra "dirilib" gördüklərini danışdı - FOTO


Ölən şəxs 45 dəqiqə sonra 45 dəqiqə ərzində heç bir həyat əlaməti olmayan şəxs həkimlərin sayəsində ayılaraq gördüklərini danışıb.

BAKU.WS Daily Star-a istinadən xəbər verir ki, tibbi yardım işçiləri Vinsent Tolmanı həddindən artıq dozada sınaqdan keçirilməmiş bodibildinq əlavəsi qəbul etdikdən sonra "ölü" tapıblar. Həkimlər kişini xilas etmək mümkün olmadığına qərar verib və onu cəsəd torbası qoyublar. Tolman isə bunu rejissor kimi izlədiyini və hətta həkimlərin fikirlərini eşitdiyini bildirib. Dediyinə görə, sonra onu cənnətə yönəldən Dreyk adlı bir ruh bələdçisi ilə tanış olub. Orada həyatında etdiyi bütün pis və yaxşı işləri başqa insanların gözü ilə görüb.

Ölən şəxs 45 dəqiqə sonra Bundan əlavə, kişinin dediyinə görə, Drake ona Kainatın quruluşunu açıqlayıb. Tolman etiraf edib ki, daha sonra ona ailəsinin yanına qayıtmaq və ya burada qalmaq variantı təklif olunub. O isə ailəsini seçib.

Bundan əvvəl ABŞ-da başqa bir şəxsin də cəsəd çantasında iki saat qaldığı və sağ olduğu məlum olub. Məlum olub ki, onun səhhətinin pisləşməsinə səbəb dərin damarların trombozudur.

Hiç yorum yok:

Yorum Gönder

Pages