Neftçalada Polis Günü qeyd olundu - Fotolar


neftcalada-polis-gunu-qeyd-olundu

Neftçala rayonunda 2 İyul- Azərbaycan polisinin yaranmasının 106-cı ildönümü qeyd olunub.

“Bakmiltv.info” xəbər verir ki, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Azərbaycan polisinin keçdiyi 106 illik şərəfli xidmət yoluna nəzər salıb. İctimai asayişin, daxili təhlükəsizliyin, həmçinin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında polis əməkdaşlarının əvəzsiz rolundan, Prezident İlham Əliyevin polis əməkdaşlarına göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb. 

RİH başçısı bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində davamlı surətdə müasirləşən, təkmilləşən, beynəlxalq standartlara cavab verən infrastruktur və maddi texniki bazaya malik olan daxili işlər orqanları cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı əzmlə mübarizə aparır. İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini, o, cümlədən işğaldan azad edilən ərazilərdə qarşıya qoyulan tapşırıqları peşəkarlıqla yerinə yetirir. Vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə olunan nəticələr də məmnunluq doğurur. 
RİH-in başçısı DİN əməkdaşlarının Vətən müharibəsi və lokal antiterror əməliyyatları zamanı öz şücaətlərini bir daha nümayiş etdirdiyini, 44 günlük Vətən müharibəsində Daxili Qoşunların 66 əməkdaşının, lokal antiterror əməliyyatları zamanı isə 13 əməkdaşının şəhid olmasını, 346 hərbi qulluqçu isə yaralanmasını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüblər.

Tədbirdə çıxış edən Neftçala rayon Polis şöbəsinin rəisi, polis polkovniki Emil Cavadov daxili işlər orqanlarının fəaliyyətini hər zaman yüksək qiymətləndirdiyinə görə bütün şəxsi heyət adından Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib, bundan sonra da ölkədə sabitliyin və təhlükəsizliyin təmin olunmasında, fundamental insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində və qarşıya qoyulan digər mühüm tapşırıqlarının vaxtında icra olunmasında polis əməkdaşlarının vicdanla və peşakarlıqla xidmət edəcəklərini bildirib.

Daha sonra bir qrup polis əməkdaşı Neftçala RİH başçısının sərəncamı ilə fəxri fərmanlarla təltif olunublar.






Hiç yorum yok:

Yorum Gönder

Pages