Naxçıvanda enerji istehsalında “yaşıl enerji”nin payı açıqlandı



Cari ilin iyun ayında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin istismar sahəsində olan elektrik stansiyalarının texniki-iqtisadi göstəriciləri açıqlanıb.

Bakmiltv.info xəbər verir ki, cari ilin iyun ayında istehsal olunan ümumi elektrik enerjisinin 70,4 faizi alternativ və bərpaolunan enerji mənbələrinin payına düşüb.

Qeyd edək ki, bu göstərici cari ilin may ayında 92,5 faiz olub. Məlumat üçün bildirək ki, su elektrik stansiyaları daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının generasiya gücü 107,8 MVt-dır ki, bu da ümumi gücün təxminən 44,04 faizini təşkil edir. İstehsal olunan elektrik enerjisi İstilik Elektrik Stansiyalarında (İES)

13 677 000 kilovat-saat, Su Elektrik Stansiyalarında (SES) 26 227 797 kilovat-saat, digər alternativ və bərpaolunan mənbələri üzrə isə 6 289 209 kilovat-saat olub. 2024-cü ilin altı ayı ərzində şinə buraxılan elektrik enerjisi 221 597 860 kilovat-saat olmaqla, 2023-cü ilin müvafiq dövrü ilə (42 036 701 kilovat-saat) müqayisədə 179 561 159 kilovat-saat (23,41 faiz) artıb.

Hiç yorum yok:

Yorum Gönder

Pages