Məzahir Pənahov: "Naxçıvandakı seçki dairələrində mebel, seçici kabinələri çatışmır"



"Polislər işlərini daim yaxşı görürlər. Bu günə qədər seçki proseslərində heç bir xoşagəlməz hal yaşanmayıb".

Bakmiltv.info xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, polis əməkdaşları ilə də birgə çalışmaq lazımdır:

"Eyni zamanda Naxçıvan da nəzarətdə saxlanılmalıdır. Eşitdiyim qədər ilə, Naxçıvanda seçki dairələrində mebel, seçici kabinələri və s kimi məsələlərdə çatışmazlıq var.

Naxçıvanın yeni rəhbərliyi də bizimlə işbirliyinə hazırdır. Demişəm ki, işğaldan edilən ərazilərlə yanaşı, Naxçıvan da nəzarətimizdədir".

Hiç yorum yok:

Yorum Gönder

Pages