Məzahir Pənahov: "Azad edilmiş ərazilərdə seçki məntəqələrinin sayı artırılacaq"



"Mərkəzi Seçki Komissiyası (MSK) 125 seçki dairəsi üzrə 6400-dən artıq məntəqədə seçkinin keçirilməsi üçün şərait yaradır".

Bakmiltv.info xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

O bildirib ki, azad olunmuş ərazilərdə seçki məntəqələrinin sayı artacaq:

"Dünən orada 8 məntəqə yaratdıq. Bu dəfə azad olunmuş ərazilərdə seçki daha geniş şəraitdə keçiriləcək.

Media nümayəndələrinin, yerli və beynəlxalq müşahidəçilərin seçki prosesini izləməsinə heç bir maneə yaradılmır. Bütün qitələrdən yüksək siyasi nüfuza malik olan nümayəndə heyətləri gəlib, prosesi izləyib, yekun nəticə barədə açıqlamalar verəcəklər", - deyə sədr qeyd edib.

Daha çox foto burada: PhotoStock.az

Hiç yorum yok:

Yorum Gönder

Pages