MSK yeddi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb


Mərkəzi Seçki Komissiyası (MSK) yeddi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb.

Bakmiltv.info xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasının (YAP), Ümid Partiyasının, Böyük Qurtuluş Partiyasının, Demokratik İslahatlar Partiyasının, Ana Vətən Partiyasının, Müsavat Partiyasının və Klassik Xalq Cəbhəsi Partiyasının 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Hiç yorum yok:

Yorum Gönder

Pages