Moldovanı təmsil edən azərbaycanlı cüdoçu: Arzuma çatdığımı deyə bilərəm


Moldovanı təmsil edən azərbaycanlı cüdoçu: Arzuma çatdığımı deyə bilərəm

Arzuma çatdığımı deyə bilərəm.

“Bakmiltv.info”un Parisə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının bürünc medalını qazanan cüdoçu Adil Osmanov deyib.

Əslən azərbaycanlı olan Moldova təmsilçisi yarışla bağlı təəssüratlarını bölüşüb:

"Olimpiadada nəticə qazanmaq istəyirdim. Arzuma çatdığımı deyə bilərəm. Buna görə çox sevinirəm. Təbii ki, final mərhələsinə yüksəlib, qızl medal qazanmaq istəyərdim. Bununla belə, bürünc medal da pis nəticə deyil".

Adil Osmanov finalda Fransa idmançısına qalib gələrək qızıl medala sahib çıxan Hidayət Heydərovu təbrik edib:

"Hidayət Heydərovun qalib gələrək, Azərbaycan bayrağını dalğalandırmasına görə çox sevindim. O, buna layiq idmançıdır. İnşallah, qarşıdakı yarışlarda da uğurlu çıxış edər".

Qeyd edək ki, A.Osmanov üçüncü yer uğrunda Manuel Lombardo (İtaliya) ilə görüşdə qələbə qazanaraq fəxri kürsüdə yer alıb.

Hiç yorum yok:

Yorum Gönder

Pages