MiQ-29 təyyarəsinin qəzası (2019)



MiQ-29 təyyarəsinin qəzası — Bakı vaxtı ilə iyul ayının 24-ü saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb. Uzun sürən axtarışlardan sonra pilotun nəşi tapılmışdır.

Hiç yorum yok:

Yorum Gönder

Pages