Azərbaycan Respublikası Yevlax rayonu Yuxarı Bucaq kəndində doğulub.
1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib.
1992-ci ildən Bakı Kamera Teatrının, 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır.
2000-ci ildə keçirilən “Dədə Qorqud” festivalının laureatı olmuşdur. Bir çox Beynəlxalq teatr və kino festivallarında iştirak etnişdir.
2002-ci ildə G. Nəbiyeva “Əməkdar artist” adına layiq görülmüşdür.
G. Nəbiyeva teatrda çalışdığı illər ərzində 30-dən çox rol ifa etmiş, bədii və telefilmlərdə, televiziya tamaşalarında iştirak etmişdir. “Girov” filmində baş rolu ifa etmişdir.
Əsas rolları:
1. İzzət - («Məkkəyə yol», C. Məmmədquluzadə)
2. Xanpəri - («Müsyö Jordan və Dərviş Məstəli şah», M. F. Axundzadə)
3. Şölə - («Lənkəran Xanının vəziri», M. F. Axundzadə)
4. Pərizad - («Hekayəti-xırsi-quldurbasan», M. F. Axundzadə)
5. Kleya - («Ezop», Q. Fiqeyredo)
6. Pərilər kraliçası («Yatmış gözəl» B.Marvin)
7. Gözəlçə - («Sən məni atmazsan ki...», C. Steynbek)
8. Emilya - («Otello», V. Şekspir)
9. Şarlotta («Albalı bağı» A.P.Çexov)
10. Panasonik - («Axırıncı qatar», İ. Fəhmi, O. Kazımi)
11. Regina - («Kabuslar», H. İbsen)
12. Tea - («Qedda Qabler», H. İbsen)
13. Ledi Milford - («Məkr və məhəbbət», F. Şiller)
14. Laura - («Daş qonaq», A. S. Puşkin)
15. Zəhra - («Şeyx Sənan», H. Cavid)
16. Susana - («Aydın», C.Cabbarlı)
17. Məstan - («İfritin kələyi» Y.Şvarts)
18. II gəlin, Züleyxa - («Əcəl atı» V.Əlixanlı)
19. Gülər - («Mən səni sevirəm - M.S.S» Ə.Əmirli)
20. Amaliya - («Don Rafaello Tranbomçu» P.Filippo)
21. Zahidə xatun - («Əlincə qalası» Dilsuz)
22. Püstə - («Qaraca qız» S.S.Axundov, A.Şaiq)
23. Knyaginya, Amaliya - («İtalyansayağı xoşbəxtlik» D.Fo, P.Filippo)
24. Dayə - («Danışan gəlincik» A.Şaiq)
25. Anna - (“III Riçard”, U.Şekspir)
26. Şirin - (“Arzu və Murad” S.Elsevər)
27. Deyanira - aktrisa - (“Mehmanxana sahibəsi” K.Qoldoni)
28. Müəllim - (“Uzuncorab Pippi”, A.Lindqren)
29. Tamam - (“Ünvansız qatar”, Ə.Əmirli)
30. Lina Roze - (“Dəlixanada qətl”, Fridrix Düremat)
31. Qara paltarlı qadın - (“Ağ gecələr” F.Dostoevski)
32. Meni - (“Mavi yuxular” Ş.Aleyxem)
33. Monika - (“Dəlixanada qətl” F.Dürremantt)
34. Geosenta - (“Skapenin kələkləri” J.B.Molyer)
35. Anna Dembi - (“IV Kin” Q.Qorin)
36. Zerbinetta - (“Skapenin kələkləri” J.B.Molyer)
37. Nerina - (“Skapenin kələkləri” J.B.Molyer)
38. Lyalya - (“Şirə bənzər” R.İbrahimbəyov)
39. Nisə - (“Lənkəran xan”ı M.F.Axundov)
40. Qorxacaq qadın - (“Ruh” K.Abdulla)
Çəkildiyi bədii filmlər:
1. Sona - “Girov”
2. Mehparə - “Ölüm növbəsi”
3. Leyla - “40-cı qapı”
4. Şərab
Tele tamaşalar:
1. Şeir deyən - “Muğam”
2. Dilbərin tanışı - “Qeybdən gələn səs”
3. Bütün Azərbaycan əsgər olmalı
4. Qanlı Yanvar
5. Hekayə axşamları
6. Şam işığı verlişi
7. Mirvari boyunbağı (Mopassan)
8. Klassik irsimizdə
Teleseriallar:
1. Muradına çatan Günəş
2. Qanun naminə
3. Qisas
4. Həkimlər
5. Polislər
6. Durnalar qayıdanda
7. Məryəm
8. Ögey ana
9. Könül yarası
10. Lal yuxu
11. Atılmışlar
Qısa metrajlı filmlər:
1. İki
2. Qadın problemlərinə həsr olunmuş 8 seriyalı film
3. Müharibənin rəngi
4. Hökm
5. Əsirin qayıtması
6. Mən səni sevirəm - Bakı (Qapı) (Heydər Əliyev Fondunun təşəbbüsü ilə çəkilib)
7. Şirvan şikəstəsi - Musiqili bədii film
8. Mələklərin qurtuluşu - İnsan alverinə qarşı mübarizə təşkilatının xətti ilə
Sənədli televiziya filmləri:
1. Kərimlinin müşaviri (Akademik Əli Əmiraslanov haqqında)
2. Şərqdən doğan günəş (M.Ə.Rəsulzadə haqqında)
3. Rəfibəylilər haqqında
4. Aşıq Ələsgər haqqında
5. Ə.Mahir haqqında
6. Nəğmə dolu bir ürək (E.İbrahimova haqqında)
Sosial reklam çarxları:
1. Seçkilərlə bağlı
2. Olimpiyada ilə bağlı - Hər şey anam üçün
3. Xarici pasportla bağlı sosial layihə
4. İşsizliklə bağlı
5. NAR mobile mobil şəbəkəsinin reklamı
6. Sahil ticarət mərkəzi
7. Koldreks (antiqrip)
Hiç yorum yok:
Yorum Gönder