Maştaga mədəniyyət evində Sevda İbrahimli yazıçı şairənin şəhidlər haqqında yazdığı şeir kitabının təqdimatı oldu.



19.07.2024 cü il Maştağa  mədəniyyət  mərkəzində şairə Sevda İbrahimlinin Naxçıvan və Maştağa şəhidlərinə həsr edilən "Ölməz Qəhrəmanlar" adlı kitabının dövlət səviyyəli təqdimatı keçirildi. 
Tədbirdə şəhid anaları, tanınmış ziyalılar iştirak etdilər.
 AYB nin üzvü aparıcı Cəbrayıl Qənbərli və Telan  Şahmar qızı Cəbiyeva tədbiri  açıq elan etdilər.  Azərbaycan Respublikasının Himni səsləndirildi.Vətən müharibəsində qəhrəmancasına həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra giriş sözü Azərbaycan Respublikası Ali məclisinin deputatı, Aydın Mirzəzadəyə verildi. Fəxri qonağımız, Cənab Ali baş komandan İlham Əliyevin  güclü siyasəti nəticəsində 44- günün haqq davasında 30 ilin işğalda olan torpaqlarını geri alınmasından, igid oğullarımızın şücayətindən danışdı.Sonra Millət vəkilimiz  şairəni təbrik edərək öz ürək sözlərini dilə gətirdi. Sevda İbrahimlinin Azərbaycanın qəhrəman oğullarına həsr etdiyi "ÖLMƏZ QƏHRƏMANLAR" kitablarının hər şəhidə aid üz qabığı ilə nəşr olunmasını  Azərbaycanda unikal olduğunu vurğuladı.
Şairəyə yaradıcılıq uğurları arzuladı.
Tədbirdə iştirak edən şəhidlərimizin anaları eləcə də Generalımızın bizlərə əmanət etdiyi Səmayə anamız tədbirdə çıxış edərək tədbiri rövnəqləndirdi.44 gün müharibədə Maştağa kəndinin birinci şəhidi Bəhruz Elman oğlu Əliyevin anası Qərənfil ana tədbirdə çıxış edərək şairəyə,şəhidini sevən hörmət edən  hər bir tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.
Veteran və qazilərimizin iştirakını xüsusi ilə qeyd etmək istərdim .Öz döyüş yoldaşlarının yad  edilməsini böyük rəğbətlə qarşılayan qazilərimizə söz verildi.Tədbirdə Naxçıvan "Qazilər ictimai birliyinin üzvləri  " Şəhidlər Zirvəsi" layihə rəhbəri,şəhid analarının daima yanında olan Vaqif Şahsuvarov və Rasim Zülfüqarlı iştirak etdilər.Şair dostlarımız İbrahim Yusifoğlu, Qumru Qüdrət, Püstə Rəvan və Nəsibə İsrafilqızı qiraətçi Bəhiyyə Nağıyeva,Təhsil meneceri Babək Rəcəbli, iştirak etdilər.Tədbirdə şairənin sözlərinə həsr olunmuş  vətənpərvər mahnıları,"Şəhid Anası"' Zəngilan şəhidimiz Xəqani Məmmədovun xatirəsinə yazılan "Şəhid Balam", "İgidlər Marşı " sədaları altında bu möhtəşəm tədbir üç saat davam etdi.
Şairə hər bir qonağına tədbirdə iştirak etdiklərinə görə dərin minnətdarlığını bildirdi.

TELAN tədris mərkəzinin rəhbəri,şairənin qızı  Gülnarə Cəbiyeva çıxış edərək "TELAN" təlim tədris nitq inkişaf mərkəzi və "Vətənə Sevdalılar" İctimai birliyi, eyni zamanda "Naxçıvan Qaziləri" ictimai birliyi adından şairəyə  prezidentimizin Dəmir yumruq simvolu " Dəmir Yumruq "  mükafatını  təqdim etdi.
TELAN tədris mərkəzinin baş psixoloqu Fazilə Camalova çıxış etdi.Şəhid və qazi ailələrinin yanında olduğunu bildirdi.
 Şairə Nəsibə İsrafilqızı tədbirdə çıxış edərək, Qırğızıstanın "TURAN" birliyi mükafatını şairə Sevda İbrahimliyə,
 TELAN tədris mərkəzinin rəhbəri Gülnarə Cəbiyevaya və eləcə də TELAN TƏDRİS mərkəzinin baş psixoloqu Fazilə Camalovaya təqdim etdi.
 "Dədə Qorqud" Milli Fondunun idarə heyətinin üzvü, "Azərbaycan Dünyası " Beynəlxalq dərgisinin əməkdaşı, və "Carçı " dərgisinin baş redaktoru və.s bir çox tanınmış ziyalılar iştirak etdi.
Tədbirdə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin l vitse prezidenti Ruhiyyə Poladova və DAMM- nin Ekspertlər Şurasının sədri,AJB- nin üzvü,yazıçı- publisist Nəzakət Əhmədova şairə Sevda İbrahimlini "ÖLMƏZ QƏHRƏMANLAR" kitabına,Şəhid,Qazi ailələrinə və Azərbaycan Mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə görə"FƏXRİ FƏRMAN" - la təltif etdilər.
Sonda xatirə fotoları çəkildi.
 

Hiç yorum yok:

Yorum Gönder

Pages